Mikayıl Cabbarovdan daha bir təyinat, nazir instituta yeni direktor göndərdi

img

16-12-2013 [15:28]


Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Gəncə filialına yeni direktor təyin edib. 

Bu barədə Müəllimlər İnstitutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanlı məlumat verib. Hazırda Gəncədə olan rektorun sözlərinə görə, filial direktorunun səlahiyyətlərinin icrası Müəllimlər İnstitunun Tədris işləri üzrə prorektoru Razim Əli oğlu Məmmədova həvalə olunub. Rektor həmçinin bildirib ki, filiallarda baş verən nöqsanlarla bağlı digər institutlarda da yoxlamalar aparılacaq: "Şübhəsiz olaraq, başqa filiallarda da yoxlamalar aparılacaq”. Qeyd edək ki, Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Gəncə filialının direktoru Ramiz Məmmədov fəaliyyətinə yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilmişdi (AzVision.az). 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA