Azərbaycanda kartofun qiyməti qalxdı

img

16-12-2013 [15:26]


Son iki gün ərzində Azərbaycanda kartofun qiymətində kəskin bahalaşma müşahidə olunur.

Bazar və mağazalarda kartofun bir kiloqramının qiyməti 1 manat 20 qəpiyədək bahalaşıb. Bəzi kartof növləri isə 1 manat 40 qəpiyə satılır. Satıcılar qiymət artımını qarlı-şaxtalı hava şəraiti və yanacağın qiymətinin artması ilə əsaslandırırlar. Bildirilir ki, kartofun topdan satış qiymətində artım olduğu üçün pərakəndə satışda da bu müşahidə edilir. Bir neçə gün əvvələdək kartofun bir kiloqramı 60-80 qəpik arası qiymətə satılırdı. Qeyd edək ki, son vaxtlarda bazarlarda Rusiya və Gürcüstandan gətirilmiş kartoflara daha çox rast gəlinir. /lent.az/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA