Büdcəmizi necə xərcləyirlər və ya dəbdəbəli malikanələr haradan peyda olur?
07-02-2021 [14:23]
Rövşən AĞAYEV,
İqtisadçı
***
Hesablama Palatası kəndlərdə əhalinin içməli təchizatını yaxşılaşdırmaq üçün dövlət büdcəsinin hesabına qurulan modul tipli sutəmizləyici qurğularla bağlı araşdırma aparıb.
Audit hesabatının bəzi tapıntılarını bura yazıram:
1. “Azərsu” ASC modul tipli qurğuları istismara qəbul edən zaman 17 ədəd və ya 186839,8 manat dəyərində avtomobil və motosikletlər şirkətə verilməmiş və Ekologiya Nazirliyinin istifadəsində qalmışdır. Nəticədə 2018-ci ildə “Azərsu” ASC-nin Regional Sukanal İdarələri tərəfindən modul tipli sutəmizləyici qurğulara xidməti, eləcə də istismar zamanı tələb olunan mal-materialların çatdırılmasını təmin etmək məqsədi ilə mal-material xərcələrindən 12 ədəd 382320,0 manat (ƏDV ilə) dəyərində UAZ avtomobilləri alınaraq istifadəyə vermişdir
2. Prezident sərəncamına əsasən ölkənin 15 rayonun 100 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılması işlərinin həyata keçirilməsi nəzərdə tutulsa da, bəzi quraşdırma işlərinin dəyərinin cari bazar qiymətlərindən yüksək götürülməsi nəticəsində 15 rayonda cəmi 90 ədəd və ya sərəncamda qeyd edilmiş say həddindən 10 ədəd az olmaqla modul tipli sutəmizləyici qurğu quraşdırılmışdır
3. Forma-2 aktlarının seçmə üsul əsasında sənədli araşdırılması ilə 9 obyektdə 988234,4 manat məbləğində quraşdırma işlərinin dəyərinin 192343,8 manat artırıldığı müəyyən edilmişdir
4. Respublikanın 7 inzibati rayonunun cəmi 46 yaşayış məntəqəsini içməli su ilə təmin edən 39 modul tipli sutəmizləyici qurğuların 5091160,7 manat dəyərində quraşdırma işlərinin nəzarət-ölçü üsulu ilə yoxlanması zamanı 1523481,5 manat dəyərində nöqsan və çatışmazlıqların olduğu aşkar edilmişdir
5. 28 mart 2017-ci ildə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə bir mənbədən satınalma metodundan istifadə etməklə 16000000,0 manat məbləğində birbaşa müqavilə bağlanması üçün icazə istənilmişdir. Xidmət 10.04.2017-ci il tarixli razılıq məktubu ilə müqavilənin bağlanmasına razılıq verilmişdir. Lakin sonradan müqavilədə razılıq məktubunda qeyd edilmiş şirkət deyil, başqa şirkət olmuş və o, icraçı kimi fəaliyyət göstərmişdir
Qeyd:
1-ci bəndə baxın, qurğulara xidmət etmək üçün nəqliyyat vasitələri alınır, sonra qurğulara xidmət üzrə səlahiyyət bir dövlət qurumundan digərinə keçəndə kimsə bu vasitələri özündə saxlamağa qərar verir. Yeni səlahiyyət alan qurum da gedir 10 minlərlə büdcə puluna yenilərini alır.
3-cü bəndə baxın, 20% qiymət şişirtməsindən söhbət gedir.
4-cü bəndə baxın, xərclənən vəsaitlərin hər 3 manatından 1-də nöqsan tapılıb.
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər