PENSİYALAR NƏ QƏDƏR ARTIB? - Ekspertdən şərh
06-02-2021 [16:24]
Xəbər verdiyimiz kimi, Azərbaycanda əmək pensiyalarının sığorta hissəsi 11,4 faiz həcmində artırılır. Pensiyaçıları maraqlandıran əsas məsələ isə indeksləşmədən sonra pensiya məbləğlərinin nə qədər olacağıdır.
İqtisadçı ekspert Rövşən Ağayev xatırladıb ki, qanunvericiliyə görə pensiya almaq üçün ya 25 il iş stajın olmalı, yaxud da hesabında minumum pensiya kapitalı yığılmalıdır:
“Tutaq ki, pensiya hesablaması zamanı məlum olur ki, siz 210 manat pensiya ala bilərsiniz. Bu o deməkdir ki, sizin pensiyanız yüz faiz sığortalı pensiyadır. Çünki minimum pensiyadan aşağı pensiya təyin edilə bilməz. Bu, o deməkdir ki, 210 manat alan pensiyaçının pensiyası 24 manata yaxın artmış olacaq.
İkinci halda isə, elə vətəndaşlar var ki, pensiya hesablaması zamanı onun pensiyası 160 manata gəlib çatır. Ancaq minumum pensiyadan aşağı pensiya verilə bilmədiyinə görə hökumət 160 manatın üstünə özü 40 manat qoyaraq vətəndaşa pensiya təyin edir. Bu isə o deməkdir ki, sizin 200 manat pensiyanızın 160 manatı sığortalıdır. İndiki 11, 4 faiz artım da bütöv məbləğə yox, 160 manata tətbiq ediləcək.
Odur ki pensiyaçılar özləri aldıqları pensiyanın hansı hissəsinin sığortalı olduğunu bilir. Ona görə də özləri sığortalı hissəni 11, 4 faizə vurmaqla artımı görə bilərlər. Çünki pensiya hesablaması fərdi məsələdir.
Ümumilikdə isə tutaq ki, tam sığortalı 250 manat pensiyaçının aldığı pensiya 28-30 manat arası artmış olacaq”.
Qeyd edək ki, vətəndaşlar fevralda pensiyalarını alarkən həm fevralın, həm də yanvarın artımını ala biləcəklər. Pensiyaların bu artımı ümumilikdə 1 milyon 140 min pensiyaçını əhatə edir/Qafqazinfo
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi