Deputatdan BNA rəhbərinə sərt ittihamlar: "Vor zakon” kimi danışmaq dövlət məmuruna yaraşmaz" - MÜSAHİBƏ
02-02-2021 [11:59]
Deputat Rüfət Quliyev ötən gün Milli Məclisdə BNA rəhbəri Vüsal Kərimlinin ona zəng edərək, təhqir etdiyini deyib.
Mia.az xəbər veirr ki, bu və ya digər məqamlarla bağlı o, “Yeni Sabah”a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Dünən Milli Məclisin iclasında siz Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimlinin sizə zəng edərək təhqiramiz formada danışdığını bildirdiniz. Sizcə, buna səbəb nə olub?
- Mənimlə onun arasında şəxsi heç bir məsələ olmayıb. Söhbət dövlət qurumunun Bakı şəhərində sürücülərə, insanlara, aqvtonəqliyyatçılara qarşı siyasətindən başlayıb. Mən bir ildən çoxdur ki, bu məsələni dilə gətirirəm. Müraciət edib xahiş edirəm ki, tədbir görsünlər. Sosial şəbəkələr onların fəaliyyətinə qarşı narazılıqla doludur. Mənə zəng edirlər, bu məsələnin həll yolunun tapılmasını istəyirlər.
Əzəldən deyirəm ki, parkomatlar lazımdır. İnsanlar gəlib rahat pulunu ödəyib işini görsün. Demirəm ki, onların bütün işləri mənfidir. Müsbət işləri də var və biz onu alqışlayırıq.
Bu gün Bakı şəhərində ən çox BNA-dan şikayət edilir. Bir neçə gün əvvəl xalq artisti Aybəniz Haşımoca da yazmışdı ki, mən maşını həyətimdə saxlamışam, çəkiblər. Belə problemlər var. Onlara məktub yazıb cavabı 2 ay sonra almışam və cavabı məni qane etməyib. Mən şəxsi heç nə tələb etmirəm. Tələbim ondan ibarətdir ki, bu siyasəti dəyişsinlər. Gəlin, əyri oturub düz danışaq, hamı narazıdır. Guya istəyirlər ki, park üçün yer yaratsınlar, amma küçələrdə istehkamlar qururlar, yolu daraldırlar və insanlar əziyyət çəkir.
- Bəs Vüsal Kərimli sizə zəng edib nə istəyirdi? Tələbi nə idi?
- Mənə zəng vurub təhqir edirlər, üslubsuz bir formada danışırlar. Vüsal Kərimov mənə zəng vurdu. Bir haşiəyə çıxım. Mən hələ heç bir jurnalistlə “sən”lə danışmamışam, ola bilər gənc olduqları üçün sadəcə adlarını çəkim, ancaq həmişə “siz”lə danışıram. Mən universitetin kafedra müdiri, professoram, öz tələbələrimlə də sizlə danışram. Bu etikadır, bu insaniyyətdir.
Amma Vüsal Kərimov mənə zəng vurub, “Rüfət, sənin mənimlə, ya mənim BNA-mla problemin var?”,-dedi. Mən də bir anlıq çaşdım. Kim olduğunu soruşdum. BNA-nın rəhbəri olduğunu dedi. “Belə formada millət vəkili ilə danışmaq olmaz. Birinci siz deyə müraciət etməlisiniz.
İkincisi, belə yüksək tonla danışmaq olmaz. Siz dövlət qurumunun rəhbərisiniz. Bu, qəbahətdir”,- dedim. “Əşşi, mən dövlət qurumu rəhbəriyəm, necə danışacağımı özüm bilərəm”,-deyə cavab verdi. Mən də səhv elədiyini deyib danışığı sonlandırdım.
Yəni bizim aramızda 52 saniyə söhbət olub. Özü də mən hiss edirəm ki, telefonu selektora qoyub. Ona görə də nə fikirlə zəng vurduğunu, məntiqin nədən ibarət olduğunu bilmədim.
Mən də əvvəl istədim Prezident Aparatına yazım. Sonra fikrimi dəyişdim. Sədrimiz Sahibə Qafarovaya müraciət etdim. Məhkəməyə verməyəcəyimi dedim, çünki ayıbdır, o, dövlət qurumu rəhbəridir, mən də millət vəkiliyəm. Mən həqiqətən, belə düşünürəm. Sadəcə məsələ ilə bağlı ərizə yazıb məsələni ictimailəşdirdim.
Mən qəbahətli iş görməmişəm. İkincisi, dövlət qurumu kimi onlardan problemi həll etmələrini xahiş edib təklif vermişəm. Sonra tələb etmişəm və o, ixtiyar millət vəkili Rüfət Quliyevdə var. Bunu cənab Prezident birinci gün iclasda dedi ki, “deputatlar ola bilər ki, hansısa səhvləri görə bilərlər. Qoy, onları açıqlasınlar”. Dövlət qulluqçusu nə jurnalistlə, nə həkimlə, nə fəhlə ilə bu tərzdə danışa bilər. Millət vəkili ilə danışır, bu nə hörmətsizlikdir axı? Etik qaydalar var. Yəni “vor zakon” kimi danışmaq dövlət məmuruna yaraşmaz. Mən özümü orada güclə saxladım.
- Məhkəməyə niyə müraciət etmək istəmədiniz?
- Bu gün mən hələ ki, elə problem görmürəm. Amma mən sözün açığı heç nəyi açıqlamadım, heç kimə heç nə demədim. Yanvarın 29-u mənə zəng vuruldu. Mən dedim bu insan affekt vəziyyətində zəng vurub. Mən nömrəsini də qeyd etdim ki, bundan sonra zəng vuranda bilim. Fikirləşdim ki, bəlkə zəng vurar, üzr istəyər.
Mən dəfələrlə dövlət qurum rəhbərlərini, dövlət qurumlarını tənqid etmişəm, təkliflər vermişəm. İnanın, ondan sonra nazir özü zəng vurub deyib ki, “Rüfət müəllim, əgər hər hansı problem varsa, gəlin bir yerdə həll edək, müzakirə edək”. Bax, bu başqa münasibətdir. Mənim ondan guya nəsə xahişim var? Mənim xahişim ondan ibarətdir ki, insanları incitməsin. Girin saytları oxuyun, görün haqqında nə qədər şikayət var. Şərait yaradıb sonra tələb etməlisən, amma tələb edib şərait yaratmırsan.
İkincisi, bu nə deməkdir axı? Mənim haqqımda da jurnalistlər nələr yazıblar, mən zəng edib nəsə demişəm? Əgər mən pis insan, pis millət vəkili olsaydım seçicilərim məni seçməzdi. Mən haqq-ədalətlə çalışıram.
Mən o vaxt “Azərsu”yu tənqid elədim, bundan sonra müsbət dəyişikliklər oldu. Mənim haqqımda da çox şeylər yazdılar, həmin vaxt üç-dörd qurumu birdən tənqid etmişdim. Ondan sonra başladılar haqqımda məlumatlar, kompromat yaymağa. Artıq öyrəşmişdik. Hamı ilə dost olmaq olmur ki...
Lakin mən çalışıram. Nə vaxta qədər biz susacayıq? Millət vəkili ilə vəhşi formada danışırlar, mən nə etməliydim? Mən ziyalı adamam, elmlər doktoru, professor, kafedra müdiriyəm. Telefonda onunla savaşa çıxmalı idim? O, qanun çərçivəsində bunun cavabını almalıdır və aldı da, bütün ölkə bildi.
Bir ildən çoxdur deyirəm, dəfələrlə açıqlama vermişəm. Sən mənimlə mediada niyə boğuşursan? Haqqımda yazdırır ki, “Deputat 20 manatın davasını edir”. Mən 20 manatın davasını etmirəm, ümumi problemi çıxarıb ortaya qoyuram. Deməyim? Axı deməliyəm.
Elə vəziyyətə gətirib ki, camaat elə bilir mənim onunla hər hansı şəxsi-qərəzim var, bu belə deyil. O kim, mən kim? 30-40 mindən çox şikayət var. İnsanları belə incitmək olmaz axı. Niyə belə edirsən? Nə məqsədin var? Edirsənsə et, pulunu da yığ, BNA-nı da inkişaf etdir, amma bunu sivil qaydada et, sənsə qolçomaqlıqla məşğulsan. Niyə şəkli çəkib qaçırsınız? BNA dövlət qurumudur, niyə onun əməkdaşı şəkli çəkib qaçmalıdır?
İçim özümü yandırır, çölüm özgəsini. Görün vəziyyət necədir ki, bu boyda millət vəkilini dövlət qurumunun rəhbəri təhqir edir. Mən belə şey görməmişəm. 1999-cu ildən bəri siyasətdə olan insanam, heç vaxt eşitməmişəm ki, millət vəkilini bu formada təhqir etsinlər. Bu tənqid deyil, təhqirdir.
P.S. Millət vəkili sürücülərin problemlə bağlı ona təqdim etdiyi videomaterialları da redaksiyamıza göndərib. Videogörüntüləri də təqdim edirik:
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İran ABŞ-ın daha bir bazasını vurdu: "Mühəndis və pilotlar..."
BU YOL PULLU OLDU - Əli Əsədov qərar imzaladı, məbləğ müəyyənləşdi
"ASCO Arena" mayda təmirə bağlanacaq - "Yerli futbolçulara keyfiyyətlərini artırmaq üçün yeni imkanlar yaradılmalıdır"
İsrail Livanın cənubunda əməliyyatı genişləndirib
Qurban Qurbanov küsüb?
Tramp İranda növbəti hədəfi açıqladı: “Geri qalanlar…"
Yaxın Şərq: Amerika erası zəifləyir, Türkiyə yüksəlir - Azərbaycan üçün strateji nəticə... (TƏHLİL)
Marneulidə bir həftə əvvəl toyu olan oğlan öldürüldü
ABŞ-ın F-35 qırıcısı vurulub – Iran səmasında