Vüqar Rəhimzadə: “Şuşa, səni dirçəldəcəyik!” deyən Müzəffər Ali Baş Komandan vədini reallığa çevirir
28-01-2021 [15:10]
«Möhtərəm Prezidentimiz İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılması məqsədilə imzaladığı 19 yanvar 2021-ci il tarixli «İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında» Fərmanına əsasən ilk olaraq Şuşa rayonunda xüsusi nümayəndənin təyin edilməsi qürurverici və diqqətçəkən məqamdır. Dövlətimizin başçısı İlham Əliyev Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən birinci təyinatın məhz Şuşa rayonuna olmasını belə əsaslandırmışdır ki, Şuşa Azərbaycan xalqının qəlbində xüsusi yerə malikdir. Şuşa Qarabağın tacıdır, Şuşa təkrarolunmaz şəhərdir.
Dövlətimizin başçısı İlham Əliyevin noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqımıza çatdırarkən, həmçinin bu günlərdə ailə üzvləri ilə birlikdə Şuşaya səfəri zamanı orada keçirdiyi anlardan xoşbəxtlik duyğularını böyük sevinclə dilə gətirməsi, bunun ardınca azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi institutunun yeni yaradılmasına baxmayaraq ilk təyinatın Şuşa ilə bağlı olması Qarabağın ürəyi olan Şuşanın 28 illik nisgilinə, həsrətinə son qoyulmasının nə qədər qürurverici olduğunu nümayiş etdirdi.»
Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin 44 günlük müharibə dövründə xarici KİV-lərə verdiyi müsahibələrində «Şuşasız işimiz yarımçıq olar» söyləməsi də bu bölgəmizin işğaldan azad edilməsinin nə qədər həsrətlə gözlənildiyinə aydınlıq gətirmişdi: «Azərbaycanın hər qarış torpağı xalqımız üçün əzizdir. Məhz bu torpaq həsrəti, Vətən sevgisi yaşından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşını torpaqlarımızın işğaldan azad edilməsi üçün səfərbər olmağa çağırdı və dəmir yumruq kimi birləşdirdi. İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının qürurunu özünə qaytardı. Bu gün xalqımız öz yenilməzliyi, məğrurluğu ilə fəxr etməklə yanaşı, başı uca, alnı açıqdır. 30 illik işğala, nisgilə, həsrətə son qoyuldu.»
Baş redaktor bildirib ki, işğaldan azad olan digər torpaqlarımız kimi, Şuşada da evlərimiz, mədəni və dini abidələrimiz tamamilə dağıdılmış, yerlə-yeksan edilmişdir: «Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, ancaq Şuşa ermənilər tərəfindən dağıdılsa da, əyilmədi, əsirlikdə olsa da, öz ləyaqətini itirmədi, erməniləşdirmə cəhdlərinə məruz qalsa da, Azərbaycan ruhunu qoruyub saxlaya bildi. Noyabrın 8-də dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın işğaldan azad edilməsi xəbərini xalqımıza çatdırarkən «Şuşa, sən azadsan! Şuşa, səni dirçəldəcəyik!» bəyan etməsindən sonra bugünkü addımları ilə bu vədinin də reallığa çevrildiyini təsdiqlədi.»
"Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında torpaqlarımızın işğal olunmasında AXC-Müsavat cütlüyünün xəyantlərindən bəhs edir, onların günahkar olduqlarını əsaslı şəkildə diqqətə çatdırır» söyləyən baş redaktor bildirib ki, müstəqilliyimizin ilk illərində yaşananlar hər kəsə yaxşı məlumdur: «Həmin dövrdə Silahlı Qüvvələrimizin torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət eməsi işğala geniş yol açırdı: «Şuşanın 1992-ci il mayın 8-də itirilməsi böyük faciə idi. Möhtərəm Prezidentimiz Aydın Kərimovu videoformatda qəbul edərkən bir daha bu reallıqları hər kəsin bilməsinin vacibliyini diqqətə çatdırıb. O vaxt Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, o vaxtkı hakimiyyəti yıxmaq üçün bu təxribatı törətdilər. Şuşa faktiki olaraq düşmənə təhvil verildi. Şuşa və ondan bir neçə gün sonra Laçın rayonunun işğal altına düşməsi nəticəsində o vaxtkı hakimiyyət kənarlaşdırılıb və hərbi çevriliş nəticəsində AXC-Müsavat hakimiyyətə gəlib.»
«Bunlar tarixdir» söyləyən baş redaktor bildirib ki, illər keçdikcə həmin hadisələrin mahiyyəti daha aydın görünür, dərk edilir: «O zaman torpaqlarımızı satanlar bu gün özlərini xalqa yaxın göstərməklə keçmişi unutmağa və unutdurmağa cəhdlər göstərsələr də bunun mümkünsüzlüyünün fərqindədirlər. Çünki zamanın hakimliyi, tarixin yaddaşlığı daim hər bir hadisəni düzgün dəyərləndirməyə əsas verir.»
V.Rəhimzadə belə bir ümumiləşdirməni diqqətə çatdırıb ki, bu gün işğaldan azad edilmiş bütün torpaqlarımızda bir canlanma yaşanır: «Əsas olan budur ki, düşmən diz çökdürüldü, kapitulyasiya aktına imza atdı, torpaqlarımız öz tarixi sahiblərinə qayıtdı. Dövlətimizin başçısı İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib. Möhtərəm Prezidentimiz bildirir ki, bərpadan sonra Şuşada həyat qaynamalı, insanlar qayıdandan sonra Şuşanın çox zəngin mədəni həyatı olmalıdır. Həm ölkə daxilindəki tədbirlər, eyni zamanda, bir çox beynəlxalq tədbirlər - festivallar, müsabiqələr, qastrollar orada keçirilməlidir. Yəni, Şuşa nəinki Azərbaycanın, əminəm ki, bütövlükdə bölgənin mədəniyyət paytaxtı adına layiq olacaq. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Şuşanın işğaldan azad edildiyi tarixin Zəfər Günü kimi təsis edilməsi bütün məqamları özündə ehtiva edir.»
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İran ABŞ-ın daha bir bazasını vurdu: "Mühəndis və pilotlar..."
BU YOL PULLU OLDU - Əli Əsədov qərar imzaladı, məbləğ müəyyənləşdi
"ASCO Arena" mayda təmirə bağlanacaq - "Yerli futbolçulara keyfiyyətlərini artırmaq üçün yeni imkanlar yaradılmalıdır"
İsrail Livanın cənubunda əməliyyatı genişləndirib
Qurban Qurbanov küsüb?
Tramp İranda növbəti hədəfi açıqladı: “Geri qalanlar…"
Yaxın Şərq: Amerika erası zəifləyir, Türkiyə yüksəlir - Azərbaycan üçün strateji nəticə... (TƏHLİL)
Marneulidə bir həftə əvvəl toyu olan oğlan öldürüldü
ABŞ-ın F-35 qırıcısı vurulub – Iran səmasında