Nazirliklə ARDNŞ-in 85 minlik daha bir davası bitdi - MƏHKƏMƏ

img

10-12-2013 [16:27]



Bakı Apellyasiya Məhkəməsində Əmək Əhalinin Sosial Müdafəsi Nazirliyinə qarşı verilən şikayətə baxılıb.

 Bu barədə mia.az-a daxil olan məlumata görə, nazirlikdən Dövlət Neft Şirkətinin "Azəriqaz” İstehsalat Birliyi şikayətçi olub: «İstehsalat birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən təbii qaza görə yaranmış 84.999.66 manat məbləğində borcun və 20 manat məbləğində dövlət rüsumunun tutulmasını tələb edib. Bu borc isə nazirliyin tabeliyində olan Xəzər rayonu ərazisində yerləşən internat məktəblərinin istifadə etdiyi qazla bağlı olub. Lakin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmə birliyin iddiasını təmin etməyib. İş ötən günı Apellyasiya Məhkəməsində araşdırılıb. Burada da qərar birliyin əleyhinə olub».

 Məlumata görə, Bakı Apellyasiya Məhkəməsində işə hakim Kəmalə Abiyevanın sədrliyi ilə baxılıb: «Hakim şikayət ərizəsini təmin etməyib».


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA