20 YANVAR TƏQVİMDƏ BİR GÜN DEYİL!
20-01-2021 [13:00]
ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent
e-mail: atif.islamzade@mail.ru
***
Bu gün 20 yanvardır. 20 yanvar təqvim günü kimi adi günlərdən biridir.
Ancaq bizim milli-mənəvi həyatımızda qara yanvar kimi özünə yer tapıb. Ona görə də hər 20 yanvar qabağı biz bu faciəni daha da dərindən hiss etməyə başlayırıq. Çünki Rus ordusunun Bakıda törətdiyi bu qanlı soyqırım heç zaman unudula bilməz. Onu da demək lazımdır ki, bu qırğın yalnız 20 yanvarda Bakıda baş verməmişdi. Ona qədər ölkəmizin müxtəlif bölgələrində azadlıq uğrunda mübarizə aparan xalqımıza qarşı bu qanlı soyğırım aktı həyata keçirilmişdi. Buna görə də biz 20 yanvarı qeyd edərkən 20 yanvara qədər və 20 yanvardan sonra baş verən hadisələrin də məntiqini yaxşı anlamalıyıq. Bu qanlı qırğın bizim azadlıq əzmimizi qırmağa yönəlmişdi. Bir zaman böyük qardaş cildinə girib özünü bizə yaxın göstərən, ancaq əslində ölkəmizi işğal edən Rusiyanın qırmızı ordusu yenə də bu işğalı təkrarladı. Xalq hərəkatının və milli azadlıq mücadiləsinin qarşısını almaq istəyən mənfur düşmən bizim müstəqil olmağımıza imkan verməmək üçün 20 yanvar faciəsini törətdi. Lakin azadlığa susamış millətimiz canını fəda edərək azadlığımızı və müstəqilliyimizi əldə etdi. Biz bunun üçün həmişə bu yolda canından keçən şəhidlərimizə və qazilərimizə borcluyuq. Əgər onlar vətən uğrunda canlarını qurban verməyə hazır olmasaydılar, biz bu gün də Rusiyanın müstəmləkəsi olaraq qalacaqdıq. O zaman bütün torpaqlarımız da bizdən alınıb mənfur ermənilərə pay ediləcəkdi. Biz bunu tarix boyunca gördük və nə yaxşı ki, canınını fəda edən igid oğullarımız bu mənfur niyyətlərin qarşısını vaxtında aldı.
Bizim xalqımız 20 yanvar faciəsini 30 ildir ki, qeyd edir. Bu il artıq 31-ci ildir. Hər il Şəhidlər xiyabanına axışan milyonlarla insanlar şəhid məzarlarını ziyarət edir və gül dəstələri ilə qəbirlərin üzərini görünməz edir. Bu xalqın şəhidlərə olan sevgisi və sayğısıdır. Ancaq bu ilin 20 yanvarı bir başqa gündür. 20 yanvar 30 ildən sonra bu il daha dərin anlamla qeyd olunmalıdır. Çünki bu il Vətən müharibəsində xalqımız mənfur düşmənlər üzərində qələbə çalıb işğalda olan Qarabağımızı da öz azadlığına qovuşdurmuşdur. Millətimiz məğlub millətdən qalib millətə çevrilmişdir. Bu yolda yenə də canını fəda edən şəhidlərimiz və qazilərimiz var. 20 yanvar məhz bu mənada yalnız 20 yanvarda şəhid olanları deyil, 1988-ci ildən bu günə kimi şəhid olan insanlarımızı simvolizə edir. Bu mənada 20 yanvar şəhid günü anlayışı ilə tariximizə yazılan şərəfli gün olaraq yaddaşlara həkk olunur.
Biz burada bir kontekstin də diqqətə çatdırılmasını vacib bilirik. 20 yanvar sovet dönəmində törədildiyi üçün qardaş Türkiyə bizə geniş səviyyədə yardım edə bilmədi. Çünki biz Rusiyanın SSRİ adlanan sərhədləri daxilində mövcud idik. Bu mənada Türkiyənin bu yardımı başqa ölkəyə təcavüz sayıla bilər və daha böyük itkilər meydana gələrdi. Eyni zamanda Türkiyə də indiki qədər dünya miqyaslı güc sayıla bilməzdi. Ancaq bu gün Azərbaycan müstəqil dövlətdir. Öz sərhədləri, öz ərazisi, öz ordusu, öz bayrağı, öz gerbi, bir sözlə öz müstəqil atributları mövcuddur. Bu baxımdan Azərbaycan artıq Rusiyanın da təcavüzlərinə qarşı çıxmaq məcburiyyətində qalarsa, onun yanında Türkiyə də olacaq. Heç bir dövlət bu ölkəyə açıq şəkildə təcavüz edə bilməyəcək. Əgər edəcəksə, cavabını da alacaq. Bu gün Rusiya da daxil heç bir dövlətin Azərbaycanla təhdidlə danışa bilməyəcəyi beynəlxalq hüquqi faktor olaraq təsdiq olunub. O da aydındır ki, qətiyyətli lideri olan ölkə ilə hədə ilə danışmaq olmaz. Bunu gündə bir bəyanatla çıxış edən Rusiya rəsmiləri də yaxşı anlamalıdır. Rusiya onu da unutmamalıdır ki, 90-cı illərə qədərin Rusiyası ilə indiki Rusiyanın fərqi böyükdür. Süni şəkildə özünü dünyada ən super dövlət elan etməyin mənası yoxdur. Varşava Müqavilələri Təşkilatı (VMT) ilə Şimali Atlantika müqaviləsi Təşkilatının (NATO) arasında gedən soyuq və müxtəlif bölgələrdə baş verən, indi də Şərqdə davam edən isti müharibədə Rusiya
uduzmuşdur. Rusiya bütün Varşava müqaviləsi ölkələrini itirməyə və bununla barışmağa məcbur qalmışdır. Hətta Cənubi Qafqazda da Gürcüstanı itirmişdir. Dünya demokratiyasının ciddi şəxsiyyəti olan qətiyyətli rəhbər M.Saakaşvili və onun tərəfdarlarının ayaq üstə qaldırdığı Gürcüstan az qala Tiflisə qədər gələn Rusiyanı geriyə oturtmuş və Qərb-Avropa yönümlü dövlət modelini qurmuşdur. Hətta bunun üçün müvəqqəti də olsa Gürcüstan Abxaziya və Cənubi Osetiya problemlərinin yaranmasına da dözmüşdür. Bu gün Qarabağda da eyni sindrom yaşanır. Ancaq Rusiya buraya saldırmaq niyyətlərini yeni geosiyasi maraqlarla əvəzləyib Azərbaycanın mənfəətləri hesabına mütərəqqi siyasət həyata keçirməyəcəksə, Azərbaycanı da birdəfəlik itirməyə və bununla barışmağa məcbur qalacaq. Ancaq Azərbaycanda situasiya fərqlidir. Belə ki, Gürcüstanın arxasında dünya dövlətləri bəyanatlarla dayanmışdısa, Azərbaycanın yanında Türkiyə kimi bütün səviyyələrdə üstün imkanları ilə seçilən qardaş dövlət var. Özü də bu dövlət məhz Nato dövlətidir. Burada yeni 20 yanvarın yaradılmasına imkan yoxdur. Son Qarabağ savaşı da aydın göstərdi ki, canını torpaq uğrunda fəda edən, bütövlükdə bir millət olaraq kompaktlaşmağı və döyüşməyi bacaran insanların ölkəsində məğlubiyyət günləri deyil, zəfər günləri yaşanacaq. Millətin boynuna zorla qoyulmuş məğlub millət təbliğatı fiaskoya uğramışdır. Onsuz da milli-genetik baxımdan savaşçı olan bu millət artıq qalib millətdir. Qalib millətlə məğlub kimi danışmaq mümkün deyil. Erməni tör-töküntüsü olan 26-ların 19-dan-20-nə keçən gecə güllələnməsinin acısını 1990-cı ildə çıxan Rusiya da artıq yeni reallıqlarla barışmalıdır. Çünki bütünlüklə torpağı üçün ölümə hazır olan, şəhid inancı daşıyan bir millət qalib qazi olmağı da bacarır.
Biz 20 yanvar tarixini, 20 yanvara qədər və ondan sonra olan tariximizi yaxşı öyrənməli və özümüzdən sonra gələnlərə öyrətməyi bacarmalıyıq. Çünki artıq özümüz də bu tarixin bir parçası olaraq bu gün tarixin özüyük. Millətimizi ayaqda tutmaq və Vətənimizi Böyük Vətən etmək üçün bu bizim vətənə olan borcumuzdur. Unutmamalıyıq ki, əvvəldə də qeyd etdiyimiz kimi 20 yanvar yalnız təqvim günü deyil, millətimizin qan yaddaşıdır.
Mia.az
Fatih Terimin Super Liqada çıxış edən klub alır
Rəmişin həyat yoldaşı restorandan çıxarılıb? - Açıqlama
SPECA İqlim Ağıllı Şəhərlər Forumu üzrə Bakı Bəyannaməsi imzalanıb
Elza Seyidcahan: “Yazdığım şeirlərdən biri artıq dərsliyi düşüb" - DİM-dən reaksiya
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
"Carlsberg Azerbaijan" şirkətinə cərimə kəsilib
Bədavi Hüseynov üç həftə yaşıl meydanlardan kənarda qalacaq
Əli Əsədov “Elektron hökumət” portalı ilə bağlı qərar verib
Partiya funksionerləri tutulub
Rusiya-Ukrayna müharibəsi: yeni faza və gözləntilər... - TƏHLİL
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rəsmi Ankara Qəzzada 88 nəfərin ölümü ilə bağlı bəyanat yayıb
DAHA İKİ QURUM LƏĞV OLUNUB - Sərəncam
Pakistanda sərnişin mikroavtobuslar silahlı hücum olub - 28 nəfər ölüb, yaralılar var
Azərbaycan Pakistanda başsağlığı verdi: "Bu dəhşətli hücumla..."
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Leyla Əliyeva COP29-da: nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələr olub - FOTOLAR
Türkiyənin ən böyük 5 gölündən biri quruyur - "1600 il əvvəlin tarixi abidəsi üzə çıxıb"
5 bloger haqqında həbs tələbi var - SƏBƏB
Gömrük orqanlarına qəbul imtahanı keçiriləcək
Nazir oğlu istintaqda: "Onun özünün və qardaşının adına ABŞ-da mülklər almasından qətiyyən xəbərim olmayıb”
Ceyhun Bayramovla Misirin naziri arasında telefon danışığı olub
Xaçmazda ağır qəza: bir nəfər ölüb, 3 nəfər xəsarət alıb
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayıb
BMT Baş katibi Bakıda: "Fikir ayrılıqları qalır və..."
"Fənərbağça"dan döyülərək qovulan futbolçuya məşhur klub "elçi" düşüb: "Danışıqlar başlayıb"
“Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib
"AccessBank"da əmanətlər niyə qorunmur?
Yaşayış və minimum maaş nə qədər artırılacaq? - Məbləğlər açıqlandı
Ukrayna MN: "Rusiya qitələrarası ballistik raketlərlə elektrik xətlərini sıradan çıxarıb, Kiyev işıqsız qalıb" - Biri Həştərxandan atılıb
Pakistanda terror hücumları artıb - Daha 55 hərbçi öldürülüb
Aparıcı Vüsalə Əlizadə: "Elə qapalı qadınlar var ki, etdiklərini görəndə, dünya başıma fırlanır!"
Putin əmr verdi - Rusiya "mobil nüvə sığınacaqları" tikir (FOTOLAR)
Müğənni Kəmalə Günəşli "dollar yağışı"na tutulub - VİDEO
Zaxarova: "COP29 beynəlxalq arenada Bakının nüfuzunu artıracaq"
“Eurohome” tikinti bazarının sahibinin bacısı oğlu ilə qalmaqal yaşayan iş adamı problemlə üzləşib
Sabahın hava proqnozu açıqlandı
Türk müğənni ilə İkardi sevgilidir? - "Dəlisən?"
Sahil Babayev: "3 milyon insanın pensiyası artırlacaq"
Müğənni Aysel Əlizadə yeni pozada - FOTOLAR
PKK/KCK-nın daha bir məsul üzvü zərərsizləşdirilib - İraqda
Nazirlər Kabineti hava sərhədimizin pozulması ilə bağlı mühüm qərar verdi - Nələr olacaq?
Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair yeni qaydalar... - Hökumət təsdiqlədi
Azərbaycan nefti bahalaşdı
Rayonlar üzrə pensiya ödənişi niyə gecikir? - Açıqlama
İlqar Əfəndiyev vəzifəsindən azad edilib - Nazirdən əmr