"Onlara vəzifə maaşının 6 misli qədər birdəfəlik müavinət veriləcək və..." - Prezident gömrükçülərlə bağlı yeni qanunu təsdiqlədi
19-01-2021 [16:15]
Prezident İlham Əliyev "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Mia.az xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-6-cı bəndləri əsasında xitam verildikdə onlara vəzifə maaşının 6 misli qədər birdəfəlik müavinət veriləcək və bu məbləğdən vergi tutulmayacaq.
Xitamvermə ilə bağlı həmin bəndlər aşağıdakılardır:
- yaş həddinə çatdığına görə;
- pensiyaya çıxmaq hüquqi verən xidmət illərinə görə;
- təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya göstərilən vəzifəli şəxs belə vəzifəyə keçirilmədən imtina etdikdə;
- vəzifəli şəxsin gömrük orqanlarında xidmətə yararsız olması barədə müvafiq tibb komissiyasının rəyinə əsasən xəstəliyə görə;
- müvafiq tibb komissiyasının qərarı əsasında səhhətinin vəziyyətinə görə gömrük orqanlarında xidmət etmək üçün məhdud yararlı olduqda, əgər vəzifəli şəxsin gömrük orqanlarında səhhətinin vəziyyətinə dair tələblərə uyğun olan digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina etdikdə;
Xatırladaq ki, indiyə qədər qüvvədə olan Əsasnaməyə görə, gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-6-cı bəndləri əsasında xitam verildikdə onlara xidmət illərindən asılı olaraq (10 ilə qədər — aylıq vəzifə maaşının 5 mislində; 10 ildən 15 ilə qədər —aylıq vəzifə maaşının 10 mislində; 15 ildən 20 ilə qədər — aylıq vəzifə maaşının 15 mislində; 20 ildən yuxarı — aylıq vəzifə maaşının 20 mislində) birdəfəlik müavinət verilirdi.
Bundan başqa, Əsasnamənin 95-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, gömrük orqanlarının vəzifəli şəxslərinə pul mükafatlarının verilməsi dövlət qulluqçularının mükafatlandırılması ilə bağlı normativ-hüquqi aktlarla tənzimlənəcək. İndiyə qədər pul mükafatları gömrük sistemində qüvvədə olan normativ hüquqi aktlara uyğun olaraq verilə bilərdi.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi