İlham Əliyevin söz və əməlinin vəhdətindən gələcək inkişafımıza baxış... - Deputat yazır
11-01-2021 [13:43]
Musa Qasımlı,
millət vəkili
****
2020-ci ilin yekunlarına həsr edilmiş müşavirədə cənab Prezidentimiz İlham Əliyevin nitqi təkcə ötən ilə yekun vurmaq deyil, eyni zamanda strateji hədəflərimizi dəqiq müəyyənləşdirmək baxımından da əhəmiyyətli oldu.
Dövlət başçısının nitqi bir daha göstərdi ki, işğaldan azad edilmiş torpaqların dirçəldilməsi üçün hakimiyyətin konkret planları mövcuddur, onların bəzilərinin icrasına artıq başlanılıb, geniş şəkildə icrasına isə işğalçı ölkənin vurduğu ziyanlar hesablandıqdan sonra start veriləcək. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi və inkişafının ana xəttini kənd təsərrüfatı, turizm, dağ-mədən sənayesi, nəqliyyat-kommunikasiya sahələri təşkil edəcək və prezidentimizin dediyi kimi, Qarabağ dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək. 2003-cü ildən ötən müddətin təcrübəsi göstərir ki, Prezident İlham Əliyev hansı vədi veribsə yerinə yetirib və sözlə işinin vəhdətini təsdiq edib.
Prezident İlham Əliyev təkcə işğaldan azad edilən ərazilərin dirçəldilməsinin və inkişafının deyil, eyni zamanda regionda dövlətlərarası normal qarşılıqlı münasibətlərin qurulmasının ən düzgün yollarını müəyyənləşdirməklə dövrümüzün böyük strateqi olduğunu bir daha təsdiq etdi. Geniş təhlil tələb edən nitqdəki yalnız üç məsələyə diqqəti yönəltmək istəyirəm. Birincisi, Ermənistanın xarici işlər nazirinin Xankəndiyə getməsinə sərt reaksiya bildirən Prezident dedi ki, onun orada nə işi var, İrəvan müharibəni yadından çıxarmasın və dəmir yumruq yerindədir, belə səfərlərə son qoyulmalıdır. Xəbərdarlıq etdi ki, belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq, bütün səfərlərə son qoyulmalıdır, heç bir xarici vətəndaş Azərbaycanın icazəsi olmadan o əraziyə gedə bilməz, bu, Azərbaycan ərazisidir, əgər buna oxşar addım təkrarlanarsa, Azərbaycan dövlətinin cavabı çox sərt olacaq. Prezident İlham Əliyevin söylədiklərini gərək Ermənistan rəhbərliyi qulağında sırğa eləsin.
İkincisi, Prezidentin nitqi Azərbaycan xalqının təkcə bu günkü deyil, gələcək nəsillərinə də ünvanlanmışdı. Məlum olduğu kimi, başımıza gələn bəlaların bir çoxunun səbəbi unutqanlığımızla bağlı olub. Ona görə də nitqində dövlət başçısı baş verən müharibədə qazanılan qələbədən ibrət almaq və gələcək baxımından görülməsi vacib olan işləri də müəyyənləşdirdi. Bildirdi ki, işğaldan azad olunmuş ərazilərdəki şəhərlər bərpa olunarkən hər bir şəhərdə insanların unutmaması üçün dağıdılmış bəzi yerlər qalmalıdır. Azad olunmuş bütün şəhərlərdə memorial komplekslərlə və zəfəri əks etdirən abidələrlə bərabər, Ermənistanın işğalçılıq siyasətinin ümumi mənzərəsini əks etdirən muzeylərin də yaradılması tapşırığının verilməsi böyük əhəmiyyət daşıyır. Bunların sayəsində həm Azərbaycan vətəndaşları baş verənləri heç vaxt unutmayacaq, həm də xaricdən gələn qonaqlar hansı vəhşilərə qarşı müharibə aparıldığını, Azərbaycanın və Cənubi Qafqazın hansı bəladan xilas edildiyini əyani şəkildə görəcək.
Üçüncüsü, dövlət başçısı təkcə Qarabağ regionuna deyil, bütün Cənubi Qafqaza yeni həyat gətirəcək böyük nəqliyyat-kommunikasiya planlarını açıqladı.
Qarabağda avtomobil yollarının geniş və müasir şəbəkəsi yaradılacaq. Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa, Toğanalı-Kəlbəcər-Laçın, Horadiz-Zəngilan-Qubadlı-Laçın avtomobil yolları tikiləcək və beləliklə, iki tərəfdən – həm şimaldan, həm də cənubdan Laçın və Kəlbəcər rayonlarına gedən yol-nəqliyyat infrastrukturu tikiləcək. Hava nəqliyyatı sistemi yaradılacaq. Füzuli şəhərində, ya Laçın, ya da Kəlbəcərdə beynəlxalq hava limanları tikiləcək. Dəmir yolları inşa ediləcək. Horadiz-Füzuli-Şuşa, Horadiz-Ağbənd dəmir yolu tikiləcək.
Dövlət başçısı nitqində Naxçıvan dəhlizinin açılması üçün konkret işlərin aparıldığını bildirdi. Bölgəyə yeni imkanlar gətirəcək bu yoldan həm Azərbaycan, həm Türkiyə, həm Rusiya, həm Ermənistan, həm də İran istifadə edəcək. Horadiz-Ağbənd dəmir yolu tikiləcək, bununla paralel olaraq Naxçıvan Muxtar Respublikasında dəmir yolunun bərpası və müasirləşdirilməsi istiqamətində də işlər aparılacaq. Ermənistan dəmir yolları Rusiya dəmir yollarının mülkiyyətində olduğundan bu məsələlərə dair danışıqlarda Azərbaycanın tərəf müqabili Rusiyadır. Dəmiryolları şəbəkəsi adları çəkilən bütün ölkələrə fayda verəcək. Beləliklə, Azərbaycanın beynəlxalq nəqliyyat-kommunikasiya əməkdaşlığında Qarabağ və Naxçıvan ən mühüm qovşaqlar olacaq. Bütün bunlar özləri ilə inkişaf, sosial rifah və tərəqqi gətirəcək. Prezident İlham Əliyevin dediyi “...biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam” – sözlərinin həyata keçiriləcəyi gün uzaqda deyildir. Bundan ötrü ilk növbədə müharibə günlərində olduğu kimi, bu dəfə dirçəlişə bizi səfərbər edən dəmir yumruq ətrafında sıx birləşməyimiz lazımdır. Dəmir yumruq həm də Prezidentin söz və əməlinin vəhdətinin nümunəsidir.
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər