İsrailin məşhur şirkəti Azərbaycanda 1,5 milyonluq məhkəmə ilə üzləşib - FAKT

img

04-12-2013 [17:48]



 İsrail dövlətinə bağlı olan məşhur "Ashtrom Azərbaycan LTD” MMC Azərbaycanda çox ciddi problemlərlə üzləşib.

 Bu barədə mia.az-a daxil olan məlumata görə, sözügedən şirkət illər əvvəl Azərbaycanın bazarına daxil olub. Daşınmaz əmlak, yol və digər tikinti biznesi üzrə ixtisaslaşan "Ashtrom Azərbaycan LTD” MMC ölkəmizdə bir çox əhəmiyyətli yol çəkilişlərində də iştirak edib. Həmin şirkətin yol çəkilişi zamanı rabitə xətlərinin zədələnməsi ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə ötən il bir neçə məhkəmə çəkişməsi də olub. 

 İndisə bu şirkət Azərbaycan Vergilər Nazirliyi ilə üz-üzə gəlib. Səbəb isə 1,5 (Bir milyon 500 min) milyon manat vergi borcudur.

 Mia.az-a verilən məlumata görə, Vergilər Nazirliyi "Ashtrom Azərbaycan LTD” MMC-nin ötən ildən qalmış 1,5 milyon manatı ödəməsi ilə bağlı sanksiyalar tətbiq edib: «İsrail şirkəti isə Vergilər Nazirliyi yanında Vergi Audit Departamentinin bu sanksiya qərarı ilə razılaşmır. Şirkət nazirliyin 1200777026607543 saylı, 12.10.2012-ci il tarixli səyyar vergi yoxlama aktı, həmçinin, 1200777023626185 saylı 20.11.2012-ci il tarixli qərar və 12777020032915000 saylı tələbnaməsi üzrə hesablanmış 1,5 milyon manat, daha dəqiqi, 1.466.014,50 manatı ödəmək istəmir. Bu səbəbdən məhkəmə qarşısında iddia qaldırıraq, həmin qərar, akt tələbnamələrin ləğv edilməsini xahiş edir. Lakin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmə İsrail şirkətinin iddiasını təmin etməyib».

 Məlumata görə, "Ashtrom Azərbaycan LTDMMC birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verib:

 «İsrail dövlətinə bağlı olan sözügedən ölkədə çox məşhur olan "Ashtrom Azərbaycan LTD” MMC-nin sahiblərinin şikayəti artıq Bakı Apellyasiya Məhkəməsində icraata götürülüb. Şikayətə bu məhkəmə instansiyasında hakim Valeh Ağayevin sədrliyi ilə baxılır: «Hakim Valeh Ağayev şikayət üzrə dekabrın 17- prosesi davam etdirəcək».

 Hər iki tərəfin mövqeyini dərc etməyə hazırıq.

    span lang="AZ-LATIN" style="mso-ansi-language:AZ-LATIN"

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA