"Azərbaycanda mobil rabitə tarifləri aşağı salına bilər"

img

03-12-2013 [12:15]


Azərbaycanda mobil rabitə xidmətlərinin tarifləri aşağı salına bilər. "APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazir qeyd edib ki, mobil rabitə tarifləri bazar münasibətləri əsasında tənzimlənir və burada müəyyən məhdudiyyətlər var: "Operatorlar arasında olan trafikin qiymətini tənzimləyici orqan kimi Nazirlik təyin edir. Bu gün həmin hədd 5 qəpikdir və nə qədər də çalışsaq da, o həddən aşağı düşə bilmərik. Lakin hazırda belə bir məsələ var ki, mobil danışıqları imkan daxilində 2-5 qəpik arasında tənzimləyək".
"Ehtimal edirik ki, yaxın zamanlarda buna nail olacağıq. Bundan sonra isə mobil operatorlar üçün qiymətlərin aşağı salınması mümkün olacaq", - deyə Ə.Abbasov vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA