BMT-dən alınan 1.3 milyon, subsidiya və... - Azərbaycanda fındıqçılıq niyə çökür? - Rəylər
17-12-2020 [17:29]
Azərbaycanda ixrac üçün potensial sahələrdən biri də fındıqçılıqdır. Lakin fındıqçılığın inkişafına mane olan bir sıra amillər var ki, ildən-ilə potensialı da müəyyən qədər azaldır.
Statistik rəqəmlər də bunu deməyə əas verir. Belə ki, cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 67,379 mln. ABŞ dolları dəyərində 10 713,21 ton qabığı təmizlənmiş meşə fındığı ixrac edib ki, bu da illik müqayisədə müvafiq olaraq 23,3% və 32,8% azdır.
Maraqlıdır, bu sahədə ildən-ilə geriləmənin səbəbi nədir?
İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqamasında bu sahədə geriləməyə səbəb olan amillərdən danışıb: “Azərbaycanda fındıqçılığın çox böyük perspektivləri var. Bu sahəyə doğru-düzgün yanaşma olsa, təşviq proqramları daha geniş yayılsa, məncə Azərbaycan bu sahədə ixracat potensialını və həcmini artıra bilər. Bu gün də fındıqçılıqda bəzi problemlər var. Xüsusən Avropaya ixrac olunan fındığın standartlara uyğun gəlməməsi, bəzi xəstəliklərin aşkarlanması bu işi axsadan əsas amillərdə biridir. Bu səbəbdən aqro-texniki qaydalara daha ciddi əməl edilməlidir”.
Ekspert bildirir ki, digər əsas məsələ qablaşdırma ilə bağlıdır. Azərbaycan daha müasir qablaşdırma metodundan istifadə edərək topdansatış kimi yox, artıq qablaşdırılmış formada, istər ləpəli, istərsə də qabıqlı şəkildə ixrac edərək xarici bazarlara çatdırmaq haqda da düşünə bilər. Aqro-texniki qaydalara, müasir texnologiyalara uyğun olaraq aqrar sahəyə də müasir yanaşma olmalıdır. Fındıqçılıqda da ən böyük problem məhz burdan qaynaqlanır.
“Hər il məhsuldarlıq eyni olmur. Hesab edirəm ki, bu il məhsuldarlığın az olması da ixracata daha ciddi təsir göstərib. Məhsuldarlığın azalmasının səbəblərindən biri aqro-texniki qaydalara elmə əsaslanaraq əməl edilməməsidir”, – deyən iqtisadçı əsas problemlərdən birinin də idarəetmə ilə bağlı olduğunu qeyd edib.
Kəndlilər isə zəhmətin çoxluğu, dəyərin az olmasından narazıdırlar.
Qax rayon sakini, fındıqçı Nihat Nəzirlinin sözlərinə görə, son vaxtlar hava şəraiti də məhsuldarlığa mənfi təsir edib. Bundan başqa, fındıqda mikrobun aşkarlanması məhsulların dəyərini aşağı salıb.
“Amma bu, çox əziyyətli işdir, Bu qədər əziyyətin qarşılığında qiymətin aşağı olması heç də ürəkaçan deyil. Qiymət analizdən asılı olaraq, 3-5 manat arasında dəyişir. Dövlət tərəfindən müəyyən dəstəyi olur, amma bu dəstək bəzən elə də kifayət etmir”, – deyə fermer bildirib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycandan fındıq ləpəsinin əsas idxalçıları Rusiya, İtaliya və Almaniya olub. Hesabat dövründə ölkə Rusiyaya 33,734 mln. dollar dəyərində 5 675,83 ton təmizlənmiş fındıq ixrac edib ki, bu da illik müqayisədə dəyər ifadəsində 18,9%, həcm ifadəsində isə 30,4% azdır.
İtaliya Azərbaycandan bu ilin doqquz ayında 14,855 mln. dəyərində 2 122 ton fındıq ləpəsi idxal edib ki, bu da müvafiq olaraq 44,3% və 52,2% azdır.
Almaniyaya gəldikdə, Azərbaycan sözügedən ölkəyə 7,897 mln. dollarlıq 1 100,45 ton ləpə tədarük edib, bu da illik müqayisədə müvafiq olaraq 30,9% və 43,1% azdır.
Son illərdə bu sahədə yaranan çöküşün qarşısını almaq üçün Kənd Təsərrüfatı Nazirliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) fındıqçılıq sahəsində birgə layihəyə başlayıb. Yeni layihə fındıq bağlarında məhsuldarlığı bir neçə dəfə artırmağa yönəlib. Belə ki, “Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlığın sürətləndirilməsi” (HAZER) adlanan layihədən bu sahədə fəaliyyət göstərən kiçik fermerlər faydalanır.
Ümumi büdcəsi 1,3 mln. ABŞ dolları olan layihənin əsas məqsədi Azərbaycanda fındıqçılıq sahəsində dəyər zəncirlərini inkişaf etdirməklə məhsuldarlığı artırmaq, intensiv texnologiyalardan istifadə ilə fındıq istehsalının effektivliyini yüksəltmək, aflatoksin maddəsinin mövcudluğu riskini azaltmaqla məhsulun keyfiyyətini artırmaqdır.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev isə bildirib ki, ötən illər ərzində 20 min hektardan çox ərazidə yeni bağ salınıb. 2019-cu ilin məlumatına görə, Azərbaycan fındıq ixracında dünyada Türkiyə və İtaliyadan sonra 3-cü yerdə dayanır. Onun sözlərinə görə, ötən il ölkəmizdə fındıq məhsulu 124.2 milyon ABŞ dolları dəyəri ilə ixrac olunan əsas qeyri-neft mallarının siyahısında pomidor və qızıldan sonra üçüncü yeri tutub.
Lakin o qeyd edir ki, fındıq bağlarında hər hektara düşən məhsuldarlıq aşağı səviyyədədir. Ölkəmizdə fındıqçılıq sahəsində hər hektara düşən məhsuldarlıq orta hesabla 1.2 ton təşkil edir. Halbuki bu rəqəm dünya üzrə əldə olunan yüksək məhsuldarlıq göstəricisindən aşağıdır.
Xatırladaq ki, 2019-2020-ci illərdə fındıqçılıq sahəsinin inkişafı üçün AKİA vəsaitlərindən 368 000 manat məbləğində güzəştli kredit ayrılıb. Fındıqçılıq sahəsi üçün alınmış texnikalar üzrə fermerlərə 319 900 manat güzəşt vəsaiti, 206 100 manat məbləğində isə kredit verilib.
Bununla yanaşı, 2019-2020-ci illərdə fındıqçılıq sahəsində fəaliyyət göstərən 32 366 fermerə 10 249 954 manat məbləğində subsidiya ayrılıb. Lakin görülən işlər hələlik ixrac potensialımızı qaldıra bilməyib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi