Azərbaycanın sədrliyi ilə Enerji Xartiyası Konfransının 31-ci iclası keçirilib - Nələr müzakirə olunub?
17-12-2020 [16:46]
16-17 dekabr tarixlərində Azərbaycanın sədrliyi ilə videokonfrans formatında Enerji Xartiyası Konfransının 31-ci iclası keçirilib.
Energetika Nazirliyindən Mia.az-a verilən məlumata görə, 2 gün davam edən tədbirdə 30-dan çox ölkə və bir sıra beynəlxalq qurumlardan olan 100-ə yaxın nümayəndə iştirak edib. Tədbirin birinci günündə təşkilatın prosedur məsələləri nəzərdən keçirilib, ikinci gün isə "Hər kəs üçün enerji səmərəliliyi: İnnovasiyalar və investisiyalar" mövzusunda Nazirlər iclası keçirilib.
Nazirlər iclasında enerji keçidini təşviq edən yeniliklər, dayanıqlı enerji texnologiyaları, innovasiyalar, enerji investisiyaları ilə bağlı yenilikləri dəstəkləmək və maliyyələşdirmək üçün səmərəli dövlət-özəl birgə investisiya mexanizmlərinin yaradılması və tənzimlənməsi, innovativ enerji fondlarının yaradılması, enerji səmərəliliyində dövlət satınalmalarının rolunun artırılması, yeniliklərə dövlət dəstəyinin verilməsi üçün milli təsisatların yaradılması məsələlərinə toxunulub.
İclasa sədrlik edən energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan dünyada öz enerji ehtiyacını tam şəkildə təmin edən azsaylı ölkələrdəndir və dünyada vacib enerji ixracatçısı kimi qəbul olunur: ”Hazırda Azərbaycan həm regional, həm də qlobal səviyyədə enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verir. Ölkəmizin 44 günlük müharibədən sonra qazandığı tarixi qələbə isə enerji infrastrukturuna təhdidlərin qarşısını birdəfəlik alıb.”
Eyni zamanda, nazir beynəlxalq səviyyədə enerji səmərəliliyi sahəsində meyillər, çağırışlar və bu çağırışların qarşılanmasında investisiya və innovasiyaların rolu barədə fikirlərini bildirib, enerji resurslarından səmərəli istifadənin Azərbaycan üçün də aktual olduğunu qeyd edib. Bildirilib ki, ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə və enerji səmərəliliyi ilə bağlı hədəflər müəyyən edilib, ətraf mühitə atılan istixana qazlarının 2030-cu ilə qədər 35% azaldılması, elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılması hədəf seçilib. Nazir bu istiqamətdə ölkəmizdə həyata keçirilən tədbirlər haqqında məlumat verib, Beynəlxalq Enerji Xartiyasının dəstəyi ilə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” yeni qanun layihəsinin hazırlandığını diqqətə çatdırıb, müvafiq sahədə fəaliyyət planının və digər ikinci dərəcəli qanunvericilik aktlarının hazırlanması istiqamətində də işlərin aparıldığını bildirib.
Daha sonra, Beynəlxalq Enerji Xartiyasının Baş katibi Urban Rusnak çıxış edərək, təşkilat tərəfindən müvafiq sahələrdə görülmüş işlər haqqında məlumat verib və Azərbaycana sədrliyi dövründə pandemiya ilə bağlı çətinliklərə baxmayaraq, səmərəli fəaliyyətə və sıx əməkdaşlığa görə təşəkkür edib.
Tədbirdə, həmçinin müxtəlif ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri çıxış edərək, enerji səmərəliliyi sahəsində görülən işlər, əldə edilmiş nəticələr haqqında məlumat veriblər və Enerji Xartiyası Konfransının 31-ci iclasının yüksək səviyyədə təşkili və ümumilikdə sədrlik dövründə məhsuldar fəaliyyətinə görə təşəkkür ediblər.
Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo çıxış edərək Enerji Xartiyası Konfransına uğurlu sədrliyi münasibəti ilə Azərbaycanı təbrik edib və ölkəmizin həm OPEC üçün, həm də “OPEC plus” Əməkdaşlıq Bəyannaməsi üçün vacib tərəfdaş olduğunu bildirib. Baş katib Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ”Əməkdaşlıq Bəyannaməsi” üzrə konsensusun əldə olunmasında və bu çərçivədə əməkdaşlığa davamlı dəstəyə görə təşəkkürlərini çatdırıb. O bildirib ki, 2016-cı ildə “Əməkdaşlıq Bəyannaməsi” imzalandığı vaxtdan indiyə kimi Azərbaycan bu birliyin ən mühüm üzvlərindən olub. Neft sənayesində sabitliyin təmini üçün OPEC və
qeyri-OPEC ölkələrini əməkdaşlığa dəvət edən ilk dünya lideri də məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olub. Azərbaycanın bütün dünyada multikulturalizm mərkəzi kimi tanındığını bildirən baş katib, ölkəmizin həm də neft sənayesinin beşiyi kimi məşhur olduğunu vurğulayıb. Baş katib, həmçinin Ermənistan-Azərbaycan - Dağlıq Qarabağ münaqişəsinə son qoyan tarixi qələbəmiz münasibəti ilə təbriklərini çatdırıb. Azərbaycanın “COVİD 19” pandemiyasına qarşı mübarizədə də nümunəvi ölkə olduğunu və Ümumdünya Səhiyyə Təşkilatına dəstək göstərdiyini vurğulayıb.
İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Hadi Soleimanpour adından çıxış edən təşkilatın baş katibinin müavini səfir Huseyin Avni Bicaklı da öz növbəsində tarixi qələbəmiz və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi münasibətilə təbriklərini çatdırıb. İmzalanmış üçtərəfli bəyanatın regiona sülh və əmin-amanlıq gətirəcəyinə əminliyini ifadə edib. Təmsil etdiyi təşkilatın Azərbaycanın işğaldan azad edilmiş rayonlarında yenidənqurma işlərində dəstək göstərməkdən məmnun olacağını bildirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi