Azərbaycan Türkiyə ilə Naxçıvana təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzaladı - FOTOLAR
15-12-2020 [23:25]
Ankarada Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb.
Energetika Nazirliyindən Mia.az-a verilən məlumata görə, sənədi Azərbaycan tərəfindən energetika naziri Pərviz Şahbazov, Türkiyə tərəfdən isə energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıb.
Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad olunması ilə başlayan imzalanma mərasimində çıxışı zamanı energetika naziri Pərviz Şahbazov Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəti mövqeyini, haqq işimizə verdiyi tərəddüdsüz dəstəyi həmrəyliyimizin bariz nümunəsi kimi qiymətləndirib. Bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan-Türkiyə qardaşlığının, sarsılmaz birliynin qələbəsidir: “Bu iki ölkənin liderlərinin bir-birinə güvəninin, qardaşlığının, gələcəyə aydın baxışlarının zəfəridir. Hər iki ölkənin özü üçün bir dəyərə çevirdiyi ədalət və inkişafın qələbəsidir. Azərbaycan və Türkiyə regionda yeni geosiyasi reallıqların və təhlükəsiz inkişaf mühitinin birgə müəllifləridir. Regionun resurslar, kommunikasiya və logistika potensialının birgə istifadəsinə imkan yaradacaq yeni çoxşaxəli əməkdaşlıq yalnız Azərbaycan və Türkiyə üçün deyil, bölgə üçün, dünya üçün də faydalı olacaqdır”.
Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz isə deyib ki, bizim gücümüz qardaşlığımızdır, qardaşlığımız isə əbədidir: “Bu Zəfərlə birlikdə döyüşlərin, işğalların olduğu bir coğrafiya əvəzinə layihələrin danışıldığı bir bölgə ortaya çıxıb. Türkiyə -Naxçıvan təbii qaz boru xətti də bu Qələbənin bir hürriyyət layihəsidir. Bu layihə Naxçıvanın iqtisadiyyatını canlandıracaq”.
Anlaşma Memorandumundan bəhs edərkən energetika naziri Pərviz Şahbazov Naxçıvanın təbii qazla təminatının strateji əhəmiyyət daşıdığını vurğulayıb: “Bu gün imzalanan sənəd Naxçıvana Türkiyədən boru kəməri vasitəsilə qaz tədarükünə zəmin yaradır. Hər iki ölkənin şirkətlərinin – SOCAR və BOTAŞ-ın təbii qazın tədarükü ilə bağlı texniki, ticari, inzibati, hüquqi və digər məsələlərdə əməkdaşlığına təminat verir. Türkiyədən Naxçıvana qaz tədarükü qaz təchizatını şaxələndirəcək və enerji təminatının etibarlılığını artıracaq. Naxçıvan həm İrandan, həm də Türkiyədən dəstək almaqla artan enerji tələbatını tam təmin edə biləcək”.
İmzalanma mərasimindən sonra nazirlərin iştirakı ilə mətbuat konfransı keçirilib. Enerji layihələrinin, xüsusilə neft-qaz kəmərlərinin təhlükəsizliyi, TAP boru kəməri barədə jurnalistlərin sualları cavablandırılıb.
Səfər çərçivəsində Azərbaycan və Türkiyə energetika nazirləri Pərviz Şahbazov və Fatih Dönməzin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilib. Görüşdə Naxçıvanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün çəkiləcək yeni kəmərin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb, enerji sahəsində gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Pərviz Şahbazov Azərbaycanla Türkiyənin örnək enerji əməkdaşlığından, enerji layihələrinin hər kəs üçün faydalarından da bəhs edib. Bildirib ki, indiyə qədər Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyə və dünya bazarlarına təkcə Azərbaycanın, təxminən, 424 milyon ton nefti, qaz kəmərləri ilə isə Türkiyəyə 76 milyard kubmetrdən çox qaz nəql edilib. TANAP-la Türkiyəyə nəql edilən qazın həcmi 2018-ci ilin iyulundan indiyə kimi 8,2 milyard kubmetrdən artıq olub. Bu vaxta qədər Türkiyənin Azərbaycan iqtisadiyyatına 14 milyard ABŞ dolları, Azərbaycanın isə Türkiyəyə 18 milyard ABŞ dollarından çox sərmayə qoyması da iki ölkə arasında yüksək əlaqələrin daha uğurlu bir nümunəsi kimi qiymətləndirilib.
Qeyd edək ki, səfər zamanı energetika naziri Kalyon Günəş Paneli zavoduna və Türkiyənin TEİAŞ Şirkətinin Dispetçer Mərkəzinə də baş çəkib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi