TAP ilə Avropaya hidrogen nəqli Azərbaycana nə vəd edir? - İlham Şabandan şərh
10-12-2020 [16:38]
“Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) təbii qazla yanaşı hidrogenin nəqli üçün də uyğun olması mövcud infrastrukturun perspektiv imkanlarının göstəricisidir”.
Bunu Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji sahəsi üzrə ekspert İlham Şaban deyib.
“Avropa yaxın oniliklərdə qaz ixracı üzrə əsas bazarımız olacaq. Bu mənada “köhnə kontinent”in perspektiv prioritetləri baxımından hidrogen gələcəyin enerjisi adlandırıla bilər. Belə ki, Avropa 2050-ci ilə kimi atmosferə atılan karbohidrogen tullantılarının səviyyəsini sıfıra salmağı, eyni zamanda da hidrogen iqtisadiyyatı qurmağı hədəfləyir”,- ekspert qeyd edib.
İ.Şaban hidrogenin super təmiz enerji olmasına diqqət çəkib: “Beynəlxalq Enerji Agentliyinin məlumatına görə bu gün dünyada istehsal olunan hidrogenin əsas hissəsi təbii qazdan alınır. Bu zaman atmosferə karbon qazı ifrazı baş verdiyindən ekoloji cəhətdən təmiz sayılmır. Lakin hidrogen həm də adi sudan elektroliz metodu ilə alınır. Əgər onun istehsalında bərpa olunan enerjidən istifadə olunursa karbon emissiyası olmur və bu cür metod ekoloji cəhətdən təmiz sayılır. Sonuncu metod Avropa İttifaqının yeni enerji siyasətinə tam şəkildə cavab verir”.
Məsələnin iqtisadi tərəfinə toxunan ekspert, qazdan hidrogen alınmasının mövcud texnologiyalar çərçivəsində kommersiya baxımından o qədər də sərfəli olmadığını vurğulayıb.
“Qazdan alınan hidrogen sudan alınandan daha baha başa gəlir, yəni rentabelliyi aşağıdır. İndiki halda bu məhz belədir. Lakin texniki tərəqqinin bir yerdə durmadığını nəzərə alsaq 30 ildən sonra onun rentabelliyini artıracaq texnologiyaların ortaya çıxacağı istisna deyil. İstənilən halda hidrogen Avropanın enerji doktrinasında prioritet olduğundan ən azından bu kontinent üçün birmənalı olaraq gələcəyin enerjisi sayıla bilər”, - ekspert əlavə edib.
Qeyd edək ki, bir neçə ay əvvəl Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın “Snam” şirkəti bu sahədə birgə tədqiqat və təcrübələr, xüsusən metan və hidrogen qarışığı və onların daşınması barədə bir memorandum imzalayıblar. Trans-Adriatik Qaz Boru Kəməri (TAP) Konsorsiumu kəmərlə hidrogenin nəqli üçün texniki-iqtisadi əsaslandırmanın hazırlamağı planlaşdırır.
Xatırladaq ki, bu günlərdə Yunanıstanın Saloniki şəhərində tikinti işlərinin başlamasından 4 il yarım sonra, 878 kilometrlik qaz nəqliyyat sistemi - TAP Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçərək kommersiya əməliyyatlarına başlayıb. Peşəkarlardan ibarət çoxmilli sənaye komandası enerji infrastrukturunun bu strateji hissəsini vaxtında və etibarlı şəkildə təhvil vermək üçün çətin şəraitdə səylə və effektiv çalışıb.
TAP Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirəcək qovşaq layihəsidir. Kəmər keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi