Səlim Müslümovdan daha bir yenilik - Siyahılar

img

30-11-2013 [13:07]



Bu yaxınlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında avtomobil və mənzil növbəsində dayanan şəxslərin siyahısını görmək mümkün olacaq.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, dövlət başçısı bütün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi sistemində şəffaf prinsiplərin bərqərar olunmasını tapşırıb: "Buna əsasən növbəti mərhələdə ünvanlı sosial yardımın təmin olunması prosesinin avtomatlaşdırılmasına keçiləcək. Yəni insanların müraciətləri ancaq poçt qutusu ilə həyata keçiriləcək. Nəticədə yerlərdə hər hansı bir manipulyasiya etmək mümkün olmayacaq. Bütün bu istiqamətlərdə yaxın zamanlarda şəffaf sistemin qurulduğunu görəcəksiniz”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA