Pərviz Şahbazov İtaliyanın dövlət katibi ilə görüşüb - Nələr müzakirə olunub?
09-12-2020 [21:37]
Energetika naziri Pərviz Şahbazov ADA Univesristetində İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Energetika Nazirliyindən Mia.az-a verilən məlumata görə, görüşdə cari ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı İtaliya-Azərbaycan təhsiI proqramının genişləndirilməsi və İtaliya-Azərbaycan Universitetinin yaradılması məqsədilə ADA Universiteti ilə Luiss Universiteti arasında imzalanmış sazişə əsasən bu istiqamətdə işlərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. ADA Universitetinin rektoru, professor Hafiz Paşayev tərəfindən qeyd edilmiş əməkdaşlıq çərçivəsində həyata keçirilmiş hazırlıq işləri ilə bağlı məlumat təqdim edilib.
Görüşdə nazir Dağlıq Qarabağ münaqişəsinin gedişatında İtaliya hökumətinin mövqeyinə görə, həmçinin dövlət katibinə ünvanlanmış məktuba qısa zaman ərzində münasibət bildirildiyi üçün qonağa təşəkkürünü ifadə edib.
Cənab Manlio Ermənistan işğalından azad edilmiş Ağdama səfərinin təəssüratlarını bölüşüb və İtaliya şirkətlərinin qələbədən sonra işğaldan azad olunmuş ərazilərdə həyata keçirələcək quruculuq işlərində iştirakda maraqlı olduğunu bildirib. Həmçinin, iki ölkə arasında iqtisadi-ticarət münasibətlərinə toxunulub, İtalya şirkətləri ilə hazırda davam edən və gələcəkdə həyata keçirilə biləcək layihələr müzakirə edilib.
Cənub Qaz Dəhlizi və layihənin son komponenti olan Trans Adriatik Boru Kəmərinin əhəmiyyəti vurğulanıb, dəhliz vasitəsi ilə tezliklə Azərbaycan qazının Avropaya nəqlinə başlanmasının nəzərdə tutulduğu bildirilib.
Yekunda Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın gələn il Bakı şəhərində keçiriləcək 6-cı iclasına hazırlıq işlərinin müzakirə edilməsi məqsədilə videokonfrans formatında görüşün keçirilməsi razılaşdırılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi