Azercell LTE şəbəkəsinin əhatə dairəsini 85%-ə çatdırıb
08-12-2020 [20:07]
Keyfiyyətli və sürətli mobil internet xidmətləri ilə daima öndə olan “Azercell Telekom” ötən ilin əvvəlindən etibarən ölkəmizdə LTE şəbəkəsinin təkmilləşdirilməsi layihəsini uğurla həyata keçirməkdədir.
Şirkətdən Mia.az-a verilən məlumata görə, bu müddət ərzində Azercell şəbəkənin əhatə dairəsinin kifayət qədər genişlənməsinə, abunəçilərini təkcə paytaxtda deyil, regionlarda da keyfiyyətli xidmətlə təmin etməyə nail olub. Rəqəmlər də bunu sübut edir.
2019-cu il yanvarın 1-dən bu il noyabrın 1-dək Azərbaycanda Azercell-in LTE şəbəkəsinin əhali əhatə dairəsi 35.9%-dən 85%-ə yüksəlib. Bu müddət ərzində LTE üzərindən çalışan baza stansiyalarının sayı da sürətlə artırılıb. Belə ki, bu texnologiya üzərindən çalışan ümumi radio baza stansiyalarının sayı 828-dən 2616-ya yüksəlib. Təkcə 2020-ci ilin 10 ayı ərzində 721 belə stansiya istifadəyə verilib.
Azercell-in LTE şəbəkəsinin coğrafi əhatə dairəsi isə 2019-cu ilin yanvar ayından cari ilin 1 oktyabr tarixinə kimi 30.3%-dən 69.5%-ə çatdırılıb. Xüsusilə regionlarda görülən işlər sayəsində ölkə üzrə LTE şəbəkəsi daha da genişləndirilib. Bura həmçinin müzəffər Ordumuzun rəşadəti sayəsində işğaldan azad edilmiş bölgələr də daxildir. “Azercell Telekom” MMC işğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturun, eləcə də Qarabağın tacı sayılan Şuşada dördüncü nəsil LTE mobil stansiyalarının quraşdırılmasına başlayan ilk şirkətdir.
Azercell artıq bölgələrdə LTE texnologiyası üzrə datanın ötürülmə sürətinə, informasiyanı yükləmə müddətinə və video materialların daha yüksək keyfiyyətlə ötürülməsi parametrlərinə görə ölkənin digər mobil operatorlarından üstün olduğunu təsdiqləyib. Bunu “Systemics” Avropa şirkətinin ötən il Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testinin nəticələri təsdiqləyib. Dünya miqyaslı telekommunikasiya şirkəti olan Ericcson-un apardığı bençmarkinq araşdırmaları
da LTE şəbəkəsinin sürətinə görə Azercell-in “Öz sinfində” (“Best in class”) ən yaxşı operatorlardan biri olduğunu sübut edib.
LTE şəbəkəsinin keyfiyyətinin yaxşılaşdırılması işləri Bakıda da həyata keçirilir. Xüsusilə, Bakı metropolitenində də sürətli mobil internetin əlçatan olması üçün tunellərdə təkmilləşdirmə işləri aparılır, LTE şəbəkəsinin genişləndirilməsi tam sürətlə davam edir. Layihə çərçivəsində metronun 8 stansiyasında işlər artıq yekunlaşıb. Bununla yanaşı, metro stansiyalarında LTE-Daşıyıcı Birləşdirmə sistemi də aktivləşdirilib ki, bu da metro açıldıqdan sonra sərnişinlərin yüksək sürətli internetdən istifadəsini təmin edəcək.
LTE şəbəkəsinin təkmilləşdirilməsinin məqsədi abunəçilərin gündəlik rabitə ehtiyaclarını operativ və daha keyfiyyətli şəkildə ödəməkdir. Azercell-in təqdim etdiyi LTE xidmətində böyük irəliləyişlər olduğundan, şəbəkədən istifadəçi sayı əhəmiyyətli dərəcədə yüksəlməkdədir.
Hazırda şirkət tərəfindən bütün ölkə boyu internet trafikin yüksək keyfiyyətinin təmin edilməsi və artırılması istiqamətində lazımi texniki tədbirlər həyata keçirilir. Azercell bütün Azərbaycan ərazisini müasir mobil şəbəkə ilə əhatə etməyə, abunəçilərini fasiləsiz rabitə və innovativ xidmətlərlə təmin etməyə hazırdır.
Daha ətraflı məlumat üçün http://news@mcs.az ünvanına müraciət edə bilərsiniz.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi