Mikayıl Cabbarov CAREC-in Nazirlər Konfransında iştirak edib
08-12-2020 [13:21]
Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (Central Asia Regional Economic Cooperation – CAREC) 19-cu Nazirlər Konfransı onlayn formatda keçirilib.
AİB-in baş ofisindən verilən məlumata görə, Azərbaycanı sözügedən tədbirdə ölkənin iqtisadiyyat naziri Mikayıl Cabbarov təmsil edib.
Konfransda qeyd olunub ki, sürətli rəqəmsallaşma və özəl sektorun cəlb edilməsi pandemiyadan sonra iqtisadi bərpa prosesinə dəstək verəcək, regional əməkdaşlığı sürətləndirəcək, innovasiyaları stumullaşdıracaq və ölkələrə inkişaf edən qloballaşma formalarına uyğunlaşmağa yardım edəcək.
"Dünya pandemiyadan çıxdıqca, CAREC-in yenilənmiş qloballaşma fürsətlərindən istifadə etməsini təmin etmək üçün regional əməkdaşlıq səylərimizi açıq regionalizm ruhu ilə canlandırmalıyıq", - deyə AİB-in Prezidenti Masatsuku Asakava konfransda bildirib.
Bundan əlavə, konfransın proqramına daxil edilən "Koronavirus sonrası mühitdə insanlara yönəlmiş regional əməkdaşlıq" mövzusunda keçirilən görüşdə də Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Əfqanıstan Prezidenti Əşrəf Qəni Əhmədzay və CAREC-in digər üzv ölkələrindən olan nazirlər və yüksək vəzifəli şəxslər iştirak edib. Görüşə Əfqanıstanın maliyyə naziri Əbdül Hadi Arğandival və AİB-in vitse-prezidenti Şixin Çen sədrlik edib.
Qeyd edək ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir. Azərbaycan 2003-cü ildən CAREC Proqramının üzvüdür. Əfqanıstan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan da proqramın iştirakçıları sırasındadır. 2001-ci ildən indiyədək CAREC ölkələri 39,2 mlrd. ABŞ dolları dəyərində 208 regional ticarət və infrastruktur layihəsi reallaşdırıb. Bunun 14,7 mlrd. dolları AİB, 15,8 mlrd. dolları digər tərəfdaşlar, 8,7 mlrd. dolları CAREC-in üzv ölkələrinin hökumətləri tərəfindən maliyyələşdirilib/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi