Valideyn Birliyi yaradılıb

img

25-11-2013 [16:33]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin Sumqayıt şəhəri "Məişət zorakılığına məruz qalmış uşaqların reabilitasiyası” Mərkəzi "Uşaqların Müdafiə Şurası” ilə birgə fəaliyyət üçün Valideyn Birliyi yaradılıb. 

Birlikdən verilən məlumata görə, yenu qurumun yaradılımasında məqsəd məişət zorakılığına məruz qalan uşaqların müdafiəsini təşkil etməkdir. Tədbirdə"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyininin, məişət zorakılığına məruz qalmış uşaqların valideyinləri və SOS uşaq kəndlərinin əməkdaşları iştirak edib. Tədbir zamanı görülmüş işlərin hesabatı və məişət zorakılığına məruz qalmış uşaqların problemlərə dair müzakirələr aparılıb. Gələcəkdə valideyinlərlə bağlı səhiyyə, sosial, psixoloji və digər layihələrin həyata keçrilməsi kimi məsələlər də müzakirə edilib. 

Toplantı zamanı valideyn birliyinin məqsəd və vəzifələri, görüşlərin təşkili , əsasnaməsinin müzakirəsi və təsis edilməsi," Valideyn Birliyi”nə 1 il müddətinə sədrin seçilməsi, "Valideyn Birliyin”nın aylıq görüşlərin təşkilin istiqamətində müzakirəsi aparılıb. Sonda Valideynlər Birliyinin sədri postuna səs çoxluğu ilə Sona Quliyeva seçilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA