Deputatın duş geli, sabun və ətir yardımı...
19-11-2020 [17:40]
Seymur VERDİZADƏ
***
Biz onlara borcluyuq. Bir ömür boyu onların borcunu ödəyə bilməyəcəyik. Axı bizdən fərqli olaraq, onlar Vətən qarşısındakı borclarını mallarıyla deyil, canlarıyla ödəyiblər...
Vətən Müharibəsi Azərbaycan xalqını yumruq kimi birləşdirdi. Torpaq uğrunda canını fəda edən şəhidlərimizi öz övladlarımız bildik, yaralıları doğma balamız kimi bağrımıza basdıq. Düz 44 gün 10 milyon ürək bir amal üçün döyündü.
Heç yadımdan çıxmaz, cəbhə bölgəsində yaşayan tanışım danışıb: “Bizim xanım evdə oturmağıma imkan vermir. Ayağımı qatlayıb beşcə dəqiqə nəfəsimi dərən kimi deyir get əsgərlərimizin çirkli paltarlarını al gətir, yuyum...”
Tovuzlu tələbə yoldaşımın sözləridir: “Müharibə vaxtı anamın həm də yaxşı aşpaz olduğunu kəşf etdik. Əsgərlərimiz üçün 44 gündə 44 dadda yemək bişirdi”.
Seymur Kərimov yadınızdadır? Doğulduğu kənd işğaldan azad olunandan sonra 100 qurban kəsib ətindən dadlı-tamlı yeməklər bişirtdirərək əsgərlərimizə göndərmişdi...
Mən hələ arıq canıyla bir ayda iki dəfə qan verən yaxın qohumumdan danışmıram...
Bu birlik və bərabərlik gələcəkdə də davam etməlidir. Şəhidlərimizin ailə üzvlərinə, qazilərimizin özlərinə göz bəbəyimiz kimi baxmalıyıq. Biz onlara borcluyuq. Həm də bir ömür boyu...
Səhər işə gələndə Gununsesi.info saytında maraqlı bir xəbər oxudum. Saytın yazdığına görə, 56 saylı Quba-Qusar dairəsindən Milli Məclisin deputatı Rafailov Anatoliy Xaimoviç şəhid kapitan Aqil Məlikovun ailəsinə yardım adı ilə duş geli, sabun və ətir yollayıb. Sayt “yardımın” fotolarını təqdim edib. Siyahıda aşağıdakı məhsullar yer alıb:
Buta duş gel
Buta şampun
L-Homme prada tester ətir (3ədəd)
Diva tester ətir
Sanitary antibakterial gel
Makaron və düyü
Saytın yazdığına görə, bağlama şəhidin ailəsi tərəfindən bir dəfə geri qaytarılıb, deputat təzədən göndərib.
Həzrət Əlinin sözüdür: “Sağ əlin verdiyini sol əl bilməməlidir”.
Gərək, deputat yoldaşın bağlaması müzakirə mövzusu olmayaydı. Bu cür məsələlər reklam predmeti ola bilməz. Üstəlik, şəhid ailəsinə sovqat göndərən adam bir qədər diqqətli olmalıdır. Hələ torpağı soyumamış şəhidin ailəsinə ətir göndərmək hansı məntiqə sığar? Heç gelin, ətirin, şampunun yeridir?
Gərək, yaxşılığı elə edəsən ki, axırda “payın başına dəysin”, - deyib üstünə qaytarmasınlar...
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər