Liviya nefti “Azeri Light”ın Avropa bazarında əsas rəqibi ola bilər
17-11-2020 [17:11]
Liviyada xam neft hasilatının artması dünya bazarında neftə olan tələbatın yüksəlməsi səbəbindən bazarda o qədər də təşviş yaratmayacaq.
“S&P Global”ın verdiyi xəbərə görə, bunu treyderlər bildirib.
Treyderlərin fikrincə, Liviya gündəlik nefti hasilatının gözləniləndən 1 milyon bareldən daha çox artması bazarın strukturuna az təsir edib:
“İlkin nətiçələrə görə, Liviyada neft hasilatının gözləniləndən çox artması bazarda panikaya səbəb olmayıb və bazar onu absorbsiya edib”.
Bazar iştirakçıları hesab edir ki, Liviya neftinin dənizdə saxlanması üçün xüsusi bazanın olmaması "Dated Brent"ə (Neftin 10 gündən az müddətə daşınması) cüzi təsir edəcək.
Onlar hesab edir ki, adıçəkilən ölkəyə məxsus nefti Avropa bazarına geri dönməsi ABŞ və Qərbi Afrika xam neftinin bu qitədə satışlarının azalması ilə üst-üstə düşüb.
Silahlı qruplaşmalar arasında atəşkəs elan edilməsi nəticəsində Liviya son 2 ayda neft hasilatını sürətlə bərpa etdi. Sentyabrın əvvəlində gündəlik neft hasilatı 100 min bareldən az olan Liviyada artıq gündəlik neft hasilatı 1 milyon bareli ötüb. Liviya rəsmiləri ilkin açıqlamalarında dekabıra qədər gündəlik neft hasilatının 700 min barel olacağını qeyd etmişdilər”.
Treyderlər qeyd edir ki, tələbatın olması neftin dənizdə saxlanmasına şərait yaratmır və gündəlik artan hasilatı absorbsiya edir: “Proseslər onu göstərir ki, hasilat getdikcə artacaq və bu bazarın özünü yenidən balanslaşdırmasına şərait yaradacaq”.
Şirin xam neftin aşağı marja və kifayət qədər istehsalına baxmayaraq Liviya neftinə tələbat yüksəkdir. Bu ölkənin nefti Aralıq dənizi və Şimal-Qərbi Avropada təmizlənsə də bir hissəsi Çinə daşınır.
Liviya neftinə olan tələbatın digər səbəbi onun Avropadakı emal mərkəzlərinə yaxınlığıdır: “Liviya neftinin Avropada əsas rəqibi ABŞ-ın WTI, Qazaxıstanın “CPC Blend”, Əlcəzairin “Saxara Blend”, Nigeriyanın “Bonny Light” və Azərbaycanın “Azeri Light” xam neftidir. Məhz Liviya neftinin Avropa bazarına dönməsi bu xam neftləri təzyiq altına qoyur amma bu təzyiq gözlənilənlərdən daha azdır, çünki Avropanın tələbatı stabil olaraq qalır”.
“Platts”ın məlumatına görə, oktyabrın 4-də ultra-yüngül neft olan “Saharan Blend” 0,65 ABŞ dolları ucuzlaşaraq son 5 ayın həddinə düşüb. Amma noyabrın 13-dən etibarən tədricən bərpa olunub.
Liviyada neft hasilatının artmasına baxmayaraq OPEC və tərəfdaş ölkələrin nazirlərinin noyabrın 30-u və dekarın 1-də nəzərdə tutulmuş görüşündə neft hasilatının azaldılması ilə bağlı qərara təsir etməyəcəyi qeyd edilir. OPEC+ ölkələri gündəlik 7,7 milyon barel azaltmaqla bağlı qərarını yumşaldaraq bu rəqəmi 5,8 milyon barel/günə düşəcəyi deyilir. Amma onlar da qeyd edir ki, qlobal neft tələbatında dəyişiklik, COVID-19 pandmeiyası səbəbindən Avropada qapanmaların artması bu qərara təsir edə bilər.
Liviyada illərdir yaşanan daxili çəkişmələrə görə, bu ölkə OPEC kvotasından kənarda saxlanır, amma indi təşkilat ölkənin bazar payını da nəzərə almaq məcburiyyətindədir.
Ekspertlər hesab edir ki, yanvara görə hasilat 2 milyon barel/günə çatmayacaq: “Bir çox məsələlər indi anlaşılır. OPEC vəziyyətin reallığını dərk edərək sürətli şəkildə uiyğunlaşma məsələsində yaxşı işlər gördü”/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi