ARDNŞ bir aya 152 milyon pul ödədi

img

22-11-2013 [10:56]



Dövlət Neft Şirkəti oktyabr ayı üzrə ödənişlərin rəqəmlərini açıqlayıb.

Mia.az şirkətin rəsmi saytına istınadən xəbər verir ki,  Dövlət Neft Şirkəti 2013-cü ilin oktyabr ayında dövlət büdcəsinə 138 milyon 976 min manat vəsait ödəyib ki, bu da ötən ilin oktyabr ayına nisbətən 12 milyon 920 min manat və ya 110,2 faiz çox olub:

"Ümumiyyətlə, 2013-cü ilin yanvar-oktyabr aylarında büdcəyə 1 milyard 324 milyon 68 min manat vəsait ödənib. Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 164 milyon 163 min manat və ya 114,2 faiz çox olub. 

 Bundan əlavə, cari ilin oktyabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 13 milyon 378 min manat vəsait köçürüb. Bu, ötən ilin oktyabr ayına nisbətən 498 min manat və ya 103,9 faiz çox olub".

Şirkətin məlumatına görə, 2013-cü ilin yanvar-oktyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 133 milyon 490 min manat təşkil edib ki, bu da ötən ilin yanvar-oktyabr aylarına nisbətən 1 milyon 913 min manat və ya 101,5 faiz çox olub".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA