Ermənistan neft-qaz kəmərləri keçən 7 rayona raketlər atıb - Hesabat
07-11-2020 [16:24]
Bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində Ermənistanın Azərbaycan ərazilərində törətdiyi ekoloji terror və beynəlxalq neft-qaz kəmərlərinin məqsədli şəkildə hədəfə alınması barədə hesabatın təqdimatı keçirilib.
Sənədi "Qafqaz Regional Ekoloji Mərkəzi"nin sədri Mələk Şükürova və "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı"nın sədri Mirvari Qəhrəmanlı təqdim edib.
Hesabatda Ermənistanın həyata keçirdiyi təcavüz siyasəti nəticəsində işğal olunmuş ərazilərdəki Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə və bütövlükdə regionun ekoloji durumuna dəyən ziymiş, ətraf mühitin deqredasiyası ilə nəticələnmiş fəsadlarla bağlı məlumatlar öz əksini tapıb.
M.Şükürova bildirib ki, işğal edilmiş ərazilər azad olunduqdan sonra orada yerli və xarici ekspertlər monitorinqlər keçirəcək: "Həmin ərazilərdə 13 197,5 hektar qiymətli meşə sahəsi misli görünməmiş vandalizmə məruz qalıb. İşğaldan azad edilən yerlərdə bu vandalizmin miqyasını hələ hesablamaq mümkün olmayıb. Amma həmin ərazilərdə aparılan monitorinqlərdən sonra bu vandalizmin miqyasını qiymətləndirmək mümkün olacaq".
Onun sözlərinə görə, işğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir: "Ermənistanın işğalı altında olan Bəsitçay və Qaragöl qoruqları, Arazboyu, Laçın, Qubadlı, Daşaltı yasaqlıqları kimi 6 qorunan ərazidə "Qırmızı kitab"a daxil olmuş 60-dan çox fauna və 70-dən çox flora növünün əksəriyyəti artıq məhv edilib və yaxud yox olmaq təhlükəsi ilə üz-üzədir".
O bildirib ki, Azərbaycanın meşə ilə örtülü sahələrinin 25%-i işğal altında olan ərazilərdə yerləşir: "Azərkosmos ASC-nin əldə olunan məlumatlar təsdiq edir ki, 260 300 hektar qiymətli meşə sahəsi erməni vandalizmi nəticəsində məhv edilib. Təsadüfi deyil ki, son illər ərzində Ermənistanın mebel sənayesi və bu sahədə ixrac göstəriciləri artıb. Şübhəsiz ki, bu Azərbaycanın işğal altında olan ərazilərində qiymətli ağac növlərinin hesabınadır".
M.Qəhrəmanlı isə deyib ki, Ermənistan ordusu neft-qaz kəmərləri keçən 13 rayondan 7-ni raket hücumuna məruz qoyub: "Ayıq-sayıqlıq olmasaydı, Azərbaycan çox böyük təhlükə ilə üz-üzə qala bilərdi. Bu ilin iyul ayında Tovuzda baş verən hadisələr göstərdi ki, Azərbaycanın, beynəlxalq neft-qaz kəmərlərinə hücumla bağlı mesajlarıdan narahatlığı əsassız deyil. Bütün dünya şahidi oldu ki, Ermənistan öz mesajlarını reallığa çevirməyə çalışır və beynəlxalq layihələrə təhlükə olacaq hücumlar həyata keçirir.
Ermənistan ordusu strateji və beynəlxalq əhəmiyyət kəsb edən neft və qaz kəmərlərinin keçdiyi rayonları mütəmadi raket atəşinə tutur. Bu isə Avropanın enerji təhlükəsizliyinə ən böyük təhdiddir"/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi