Dövlət Neft Fondu Seulda satdığı qüllə ilə bağlı daha bir açıqlama yaydı
05-11-2020 [17:46]
"Dövlət Neft Fondunun (ARDNF) 2014-cü ildə Cənubi Koreyanın paytaxtı Seulda aldığı “Payn Avenyu A” qülləsini satması Fondun investisiya məkanı olaraq bu ölkədən çıxması anlamına gəlmir".
Mia.az xəbər verir ki, bu sözlər ARDNF-in yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, ofis tipli həmin qüllənin alınması ARDNF-in daşınmaz əmlak strategiyasından irəli gələn bir addım idi və burada məqsəd investisiya portfelinin valyuta tərkibinə Koreya vonunun timsalında yeni valyuta əlavə etmək olmayıb:
"Sadəcə olaraq bu investisiyanın Koreya vonunda ifadə edilməsi portfelin valyuta tərkibində adıçəkilən valyutanın yer alması ilə nəticələnib. Sözügedən investisiyanın ötən illər ərzində stabil gəlir gətirməsi və 2020-ci ildə əlverişli şərtlərlə satılması tam olaraq Fondun gözləntilərini qarşılayıb.
Hazırda ARDNF-in investisiya portfelində daşınmaz əmlaka və özəl səhmlərə investisiya edən pay fondları vasitəsilə Cənubi Koreyaya yatırılmış investisiyalar var, lakin sözügedən fondların hesabat valyutaları ABŞ dolları və avro olduğundan Fondun müvafiq hesabatlarında da onlar həmin valyutalarda əks olunur. Gələcəkdə ARDNF-nin investisiya strategiyası, maliyyə bazarlarında davam edən tendensiyaların ətraflı təhlili nəzərə alınmaqla Cənubi Koreyaya investisiyalarında müəyyən dəyişikliklər, habelə onların payının artırılması baş tuta bilər.
ARDNF-in investisiya fəaliyyəti aktiv növləri üzrə diversifikasiya olunmuş portfelin qurulmasına yönləndirilib ki, bu strategiyanın tətbiqi çərçivəsində də investisiya siyasəti ilə təsdiqlənmiş müvafiq valyuta tərkibi nəzərə alınır. İnvestisiya portfelinin valyuta tərkibində edilən dəyişikliklərə gəldikdə isə qeyd olunmalıdır ki, burada son dəyişiklik 2020-ci il üçün nəzərdə tutulmuş investisiya siyasətində öz əksini tapıb. Belə ki, avroda ifadə olunmuş aktivlərin payı 35%-dən 20%-ə qədər azaldılıb və müvafiq olaraq ABŞ dollarında olan aktivlər isə 50%-dən 65%-ə qədər artırılıb. ARDNF-nin investisiya portfelinin valyuta tərkibinin 5%-i ingilis funt sterlinqi və 10%-ə qədər hissəsini isə digər valyutalarda ifadə edilən aktivlər təşkil edir ki, Koreya vonu kimi valyuatalarda ifadə edilən aktivlər də məhz buraya daxildir. Hazırda yaxın gələcək üçün Fondun investisiya portfelinin valyuta tərkibi üzrə nisbətlərində də hər hansı bir dəyişiklik nəzərdə tutulmur”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi