Yanvarın 1-dən benzinin bahalaşacağı rəsmən təsdiqləndi

img

20-11-2013 [12:27]


Gələn il yanvarın 1-dən "Avro-3”ə keçidlə əlaqədar Azərbaycanda yanacağın qalxma ehtimalı var. Bu barədə jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

"Biz "Avro-3"ə yanvarın 1-dən keçməyi planlaşdırırıq. Təbii ki, bu standarta keçidlə əlaqədar müvafiq qurumlar hazırlıqlarını başa çatdırıblar. Bizdə "Avro-4", "Avro-5" standartları da hazırdır, sadəcə bunların həyata keçirilməsi üçün vaxt lazımdır”, - Ramiz Həsənov deyib.

Komitə sədri yanacağın qiymətinin qalxmasına da münasibət bildirib: ""Avro-3” standartına keçid qiymətlərə cüzi təsirini göstərə bilər. Ancaq ekologiya və sağlamlıq hər şeydən vacibdir. Bu gün Bakının özündə böyük tıxaclar var. Bu, ondan irəli gəlir ki, maşınların sayı xeyli çoxalıb. Ona görə, bu standarta keçid bizə vacibdir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA