Energetika Nazirliyi ilə Ukraynanın Dövlət Agentliyi arasında onlayn görüş keçirilib
03-11-2020 [19:36]
Energetika Nazirliyi ilə Ukraynanın Enerji Səmərəliliyi və Enerjiyə Qənaət üzrə Dövlət Agentliyi arasında onlayn görüş keçirilib.
Nazirlikdən Mia.az-a erilən məlumata görə, tədbir bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində qarşılıqlı təcrübə və məlumat mübadiləsinin aparılması, həmçinin əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə təşkil edilib.
Tədbirdə Energetika Nazirliyi tərəfindən aparat rəhbəri Zaur Məmmədovun rəhbərliyi ilə, Nazirliyin, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əməkdaşları, qarşı tərəfdən isə Ukraynanın Enerji Səmərəliliyi və Enerjiyə Qənaət üzrə Dövlət Agentliyinin rəhbəri vəzifəsini icra edən Konstantin Guranın rəhbərliyi ilə qurumun rəhbər müavini və əməkdaşları iştirak edib.
Görüşün əvvəlində Zaur Məmmədov sentyabr ayının 27-dən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş genişmiqyaslı təxribat, döyüş bölgəsindən kənarda yerləşən şəhər və kəndlərdə Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrinin ağır artilleriya qurğularından və raketlərdən atəşə tutularaq mülki obyektlərdə dağıntı və yanğınlara səbəb olduğu, həmçinin Ermənistan tərəfindən Azərbaycanın enerji infrastrukturunun da hədəfə alındığı haqqında məlumat verib.
Konstantin Gura isə öz növbəsində münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində sülh yolu ilə həll olunmasına ümid etdiyini bildirib.
Daha sonra, tədbirin gündəliyinə uyğun olaraq Azərbaycanda bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində görülən işlər və həyata keçirilən cari layihələr barədə məlumat verilib. Ukraynanın Enerji Səmərəliliyi və Enerjiyə Qənaət üzrə Dövlət Agentliyi tərəfindən Ukraynada müvafiq sahədə qanunvericilik və dövlət siyasəti, əsas prioritetlər, dövlət tərəfindən sahəyə göstərilən dəstək, bərpa olunan enerji stansiyalarının qoyuluş gücünün artım tendensiyası, sahə üzrə beynəlxalq əməkdaşlıq və s. kimi aspektləri əhatə edən təqdimat nümayiş etdirilib
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi