"Unutmamalıyıq ki, İlham Əliyev ən azı beş cəbhədə vuruşur" - Həsən Şirinov yazır
02-11-2020 [11:21]
Həsən ŞİRİNOV
***
Azərbaycan Respublikasının Prezidenti – Silhalı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev həmkarları üçün əlçatmaz olan fitri istedadı, uzaqgörən müdrik siyasəti, dərin zəkası, zəngin intellektual səviyyəsi və yüksək mədəniyyəti ilə, dünyanın aparıcı telekanallarına, xüsusilə də, əvvəlcədən öyrədilib göndərilmiş “erməni virusu”na yoluxdurulmuş qərəzli müxbirlərə böyük səbr və təmkinlə verdiyi çoxvektorlu möhtəşəm müsahibələri ilə dünya siyasətində liderlik edir.
Siyasi möhtəkirlərə, ədalətsiz beynəlxalq birliklərə liderliyin kökündə ədalətin olduğunu özünün timsalında fakt olaraq göstərir və onları ədalətə səsləyir.
Zəngin, siyasi bilik tələb edən sərrast hazırcavablığı ilə dünyanın diqqətini özünə cəlb edən cənab İlham Əliyev işğalçı Ermənistanın davamlı hərbi təcavüzünə məruz qalan Azərbaycanın öz torpağında özünü müdafiə etdiyini, BMT TŞ-nin 30 ildir icra edə bilmədiyi məlum 4 qətnaməsinin tələblərini yerinə yetirdiyini və bu haqq mübarizədə terrorçuları zərərsizləşdirərək heç bir beynəlxalq hüququ və müharibə qaydalarını pozmadığını, ermənilərdən fərqli olaraq dinc əhaliyə təhlükə yaratmayaraq 1949-cu il Cenevrə konvensiyasına riayət etdiyini elan edərək təkzibedilməz faktlarla dünya ictimaiyyətinin gözü qarşısında mənfur qüvvələri ifşa etdi.
Sosializm sisteminin süqutuna səbəb olan kapitalizmin baş ideoloqu, yeni dünya nizamının əsasnaməsi sayılan məhşur “Texnotron era” adlı kitabın müəllifi, siyasət və dövlət xadimi Zbiqnev Bjezinski ulu öndər Heydər Əliyev haqqında demişdir: “Heydər Əliyevin ölümü ilə dünya siyasətində bir boşluq yarandı!” Ancaq, dünyada gedən ictimai- siyasi proseslər onu göstərir ki, əgər o sağ olsaydı, yəqin ki, deyərdi, cənab İlham Əliyevin simasında o boşluq artıq dolmuşdur...
Belə ki, dünyada gedən ictimai-siyasi proseslərin bizim əleyhimizə yönəldildiyi və Azərbaycan haqqındakı həqiqətləri özümüzdən də yaxşı bilən, Dağlıq Qarabağ ətrafında cərəyan edən bütün hadisələri, əvvəldən axıra qədər bizdən də artıq izləyən və həqiqətləri beynəlxalq ictimaiyyətdən gizlədərək erməni feyklərinin yayılmasına dəstək verən və açıqdan-açığa onları müdafiə edərək ədalətsiz qərarlar qəbul edən ermənipərəst dünya birliklərinin qərəzli hücumlarına sinə gərmək, onların Dağlıq Qarabağ həqiqətləri ətrafında yaratdıqları 30 illik informasiya blokadasını darmadağın etmək, nəinki riyakar Paşinyanın dövləti və hərbi cinayət törədərək soyqırım siyasəti aparan faşist olduğunu, hətta əsrlərdir ki, ermənilərin özləri haqqında dünyada yaratdıqları mifi belə darmadağın etmək və heç vaxt olmadığı kimi beynəlxalq ictimaiyyətin gözündən salmaq, doğurdan da, iti zəka, fitri istedad, müdrik zəngin siyasi bilik və hünər tələb edir.
Məhz, bu keyfiyyətlər onu düşmənlərin hədəfinə çevirdi.
Sultan (qızıl) Əbdülhəmidi yıxmadan Osmanlı İmperiyasını devirə bilməyən qüvvələrin törəmələri ulu öndər Heydər Əliyevi vəzifəsindən uzaqlaşdırandan sonra Dağlıq Qarabağ işğalına nail olan qüvvələr, bu gün, torpaqlarımızı işğaldan azad edə biləcək yeganə qüvvə cənab İlham Əliyev olduğunu çox gözəl bildiklərindən bütün qüvvə və bacarıqlarını onun hakimiyyətini devirmək istiqamətinə yönəltdilər.
Mən bütün məsuliyyətimlə deyərdim ki, ataya ağıl öyrədən, onu yaşca böyük qəbul edib, ağılca böyüklüyünü qəbul etməyən, vaxtında dərk edə bilməyən gənc, gələcəkdə xoşbəxt ola bilməz. Onu başa düşəndə artıq gec olur. Bizim bir millət kimi tarixlər boyu uduzmağımızın səbəbi birliyimizin olmamasındadırsa, onun da səbəbi öz liderimizi vaxtında görə bilib dəyərləndirə bilməyəimiz olub. İştirakçısı olduğumuz məlum hadisələrdən, bəlalardan, oddan-alovlardan bizi xilsa edən böyük şəxsiyyətlərimizi etiraf edək ki, lazımi dəyərləndirə bilməmişik.
Bir az geriyə baxıb başımıza gələn hadisələri təhlil edəndə öz-özlüyümüzdə bunların təsdiqini tapmış oluruq. Belə ki, 30 ildir yalan vədləri və mənasız bəyanatları ilə vaxtı uzadan “Minsk qrupu”nun məqsədi, məhz, cənab İlham Əliyevin prezidentlik səlahiyyətlərinin qurtarmasına hesbalanmışdır. Lakin, gördülər ki, Azərbaycan xalqı müdriklik edib referendumla onun prezidnetlik səlahiyyətlərini artırdı və başa düşdülər ki, bu müddətdə onların məkrli planları işləməyəcək və bu vaxtı gözləməyərək çoxdan xərçəng kimi içimizə yayılan “beşinci kalon” və onun simptomlarını işə saldılar və tələm-tələsik cənab İlham Əliyevin hakimiyyətini devirməyi ön plana çəkdilər. Çünki bilirdilər ki, cənab İlham Əliyev nəinki Qarabağı, o hətta keçmiş əsrlərdə ermənilərə verilmiş torpaqlarımızı da geri alacaqdır. Lakin ölkədə gedən məqsədyönlü kadr islahatları öz işini gördü. Prezidentlə öz xalqı arasında uçurum yaradan qüvvələr aradan qaldırıldı, xalq öz liderinə qovuşdu, onu olduğu kimi görə bildi, sanki onu yenidən kəşf etdi.
Qədirbilən müdrik Azərbaycan xalqı öz liderini yaxından tanıdı, ona güvəndi və sevdi. Bütün Azərbaycan xalqı bir yumruq kimi onun ətrafında birləşdi. Azərbaycan tarixində misli-bərabəri görünməyən, müharibədə qələbəmizə zəmanət verən və heç vaxt sarsılmayacaq bugünkü möhtəşəm ümumxalq birliyi yarandı!
İndi vətənini və xalqını sevən bütün Azərbaycan xalqı bir nəfər kimi cənab İlham Əliyevin xalqımızın dili ilə desək başına and içir. Bu məni qələbəmiz qədər sevindirir. Sevinirəm ona görə ki, bütün xalqımız öz lideri ilə arasında yaradılan gözəgörünməz “Çin səddini” yarıb keçə bildi, onda olan bu yüksək dəyərləri görə bildi və möhtəşəm ümumxalq birliyi yarandı.
Unutmamalıyıq ki, cənab İlham Əliyev ən azı beş cəbhədə vuruşur. Birinci arxa cəbhə - “beşinci kalon”un tör-töküntüləri ilə, ikinci - döyüş cəbhəsində, üçüncü - informasiya cəbhəsində, dördüncü - dünya siyasət meydanında, beşinci - dost kimi görünən düşmən qüvvələrlə...
Belə ki, müzəffər ordumuz Laçın və Şuşaya yaxınlaşdıqca həmin qüvvələrin əsl sifətləri göründü. Öz ərazisində terrorçulara qarşı mübarizə aparan Azərbaycanı hərbi təxribata çəkməyə başladılar. Azərbaycanın müharibə zonasından kənarda olan şəhər və kəndlərini, dinc əhalini Ermənistan ərazisindən ballitsik raketlərlə atəşə tutulmasına rəvac verildi. Bütün bunları nəzarətdə saxlayaraq təxribatlara getməyən və nəyi necə, nə vaxt etmək lazım olduğunu çox gözəl bilən siyasi lider, Ali Baş Komandan cənab İlham Əliyev KTMT-yə üzv olan dövlətlərin müharibəyə cəlb edilməsinə imkan vermıdi, pusquda dayanıb bu məqamı həsrətlə gözləyən o qvvələrin gizli planlarının qarşısını aldı. Heç bir beynəlxalq hüquq və müharibə qayda pozuntularına yol vermədi, Ermənistanın məğlubiyyətini özünün məğlubiyyəti hesab edən ölkələr ermənilərə sevgidən yox, özlərinin nüfuzdan düşməməsi üçün Ermənistana bütün vasitələrlə kömək etmək səylərini artırdılar. Hətta Ermənistanda olan 70 il Sovet Rusiyasının bəslədiyi ordunu belə sərhədlərimiz boyu yerləşdirdilər. Lakin, bütün bunlara baxmayaraq, göözləmədikləri ciddi müqavimətlə rastlaşdılar. Çünki, Azərbaycanın güclü ordusu və bu ordunu yaradan müdrik siyasi rəhbəri cənab İlham Əliyevdir. Bu gün Azərbaycan xalqı xoşbəxtdir ki, onun prezidenti ulu öndər Heydər Əliyev siyasi kursunu davam etdirən, vətəni və xalqını canından, qanından və bütün varlığından artıq sevən cənab İlham Əliyevdir. Zahirən kiçik görünən və daxilən üçüncü dünya müharibəsi qədər ağır olan bu döyüşdə qalibiyyətimizin səbəbkarı kimi düşmən qüvvələrin hədəfində Qarabağdan qabaq, məhz, Odur! Onu göz bəbəyi kimi qorumağa borcluyuq!
O bir Allah vergisidir!
Onu düşməndən qoruyaq!
Özü bütöv bir millətdir-
Milləti şərdən qoruyaq!
Yaşasın müdrik Azərbaycan xalqı! Yaşasın əvəzedilməz Ali Baş Komandan cənab İlham Əliyev! Yaşasın şanlı Azərbaycan ordusu! Yaşasın bir millət, iki dövlət – Azərbaycan-Türkiyə! Qoy adalət zəfər çalsın! Qarabağ Azərbaycandır!
MİA.AZ
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
12 və 14 yaşlı bacı-qardaş baltalayan əmi həbsdə öldü (YENİLƏNİB)
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
MİDA Yaşayış Kompleksində təhlükəli vəziyyət yaranıb - VİDEO
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."
GENERAL İDARƏ RƏİSİ TƏYİN EDİLDİ - Xidmətdə növbəti dəyişiklik
64 yaşlı kişi dəm qazından ölüb
"Ramiz Mehdiyev dedi ki, onun evindəki telefonu kəsin" - "Yeni Azərbaycan" qəzeti tarixi faktları yazır
Abşeron İcra Hakimiyyətində bəzi şöbələr ləğv olunub - Yeni sektorlar yaradılıb, təyinatlar var
İcra başçısı Allahverdi Dəmirovun oğluna yeni vəzifə verdi
Təranə Salıfova icraçı direktorun müavini təyin edilib
Sumqayıt İH-də dəyişiklik olub
Sabiq deputat şikayətini geri götürdü - Məhkəmə iclası
İsrail Qəzzanı bombaladı: daha 9 nəfər öldü
Braziliyada avtobus qəzasına görə üç günlük matəmelan olunub
Bu ay 4 bürcə "günəş doğacaq"?
Azərbaycan kuboku: bu gün 1/4 final mərhələsinə start veriləcək
Mərkəzi Bank uçot dərəcəsini azaldıb, bəs illik inflyasiya? - QƏRAR
72500 manat borcu var, lakin... - İnstitut 7.8 milyon manatlıq tenderin qalibi oldu
"Sürüşmə təhlükəsi var" - Yol polisi sürücülərə xəbərdarlıq edib
Türkiyədə iqtidar partiyasının qərargahına hücum olub - Açıqlama
Azərbaycan nefti cüzi bahalaşdı
Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... - TƏHLİL
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır - Ona zərbəni kim endirib? (YENİLƏNİB)
Günəşdə ard-arda 4 partlama olub - Nələr gözlənilir?
SpaceX və xAI birləşir: süni intellekt orbitə daşınır - Dünya inanılmaz, ancaq gerçək dəyişikliklərə hazırlanır
ABŞ-İran danışıqları nə vaxt olacaq? - Ağ Evdən açıqlama
Qəddafinin varisi öldürüldü, yoxsa... - Müşaviri və rəsmi agentlik "hə", ordu isə "yox" deyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-dan İranın hərbi həmləsinə - Reaksiya