İnam Kərimovdan fermerlərə - Müraciət
01-11-2020 [13:16]
Kənd Təsərrüfatı naziri İnam Kərimov fermerlərə müraciət edib.
Mia.az KTN-ə istinadla xəbər verir ki, 1 noyabr - kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə fermerləri təbrik edən nazir deyib:
"Bu il kənd təsərrüfatı işçilərinin peşə bayramı tarixi günlərə təsadüf edir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızı azad etmək üçün uğurlu əks-həmlə əməliyyatı həyata keçirir. Bu əməliyyatlar nəticəsində artıq 4 rayon, 3 qəsəbə, 186 kənd və bir sıra strateji yüksəkliklər düşmən işğalından azad edilib. Cəbhədə əldə etdiyimiz qələbələr bütün vətəndaşlarımızı ruhlandırır, cəmiyyəti bir yumruq kimi birləşdirir.
Çox təəssüflər olsun ki, döyüş meydanında məğlub olan mənfur düşmən mülki vətəndaşlarımızı hədəfə götürür. Erməni hərbi birləşmələrinin atəş xəttindən uzaqda yerləşən evləri, mülki infrastrukturu və sadə insanları atəşə tutması nəticəsində 11-i uşaq olmaqla 91 soydaşımız həlak olub, 404 soydaşımız yaralanıb, 2465 yaşayış evi və 455 mülki obyekt yararsız vəziyyətə düşüb. Mülki əhaliyə xain hücumlar nəticəsində həlak olan və yaralanan soydaşlarımız arasında həmçinin fermerlərimiz var.
Ermənistanın hərbi təcavüzü əkin sahələrimizə, iş yerləri yaradan və kəndlərin inkişafını təmin edən ərzaq istehsalına da mənfi təsir göstərib. Bu təcavüz unikal və təmizqanlı məşhur Qarabağ damazlıq atları üçün ciddi təhdidlərə səbəb olub, təmas xəttində yerləşən kəndlərdə xeyli sayda iri və xırdabuynuzlu heyvan tələf edilib, yem ehtiyatları yandırılıb, on minlərlə hektar əkin sahələrində yığım məhdudlaşıb, kənd təsərrüfatı texnikası məhv edilib. Ümumilikdə davam edən hərbi təcavüz yüz mindən çox fermerin həyatına təsir edib.
Torpaqlarımızın işğaldan azad edilməsi biz fermerlərin üzərinə böyük məsuliyyət qoyur. Prezident İ.Əliyevin qeyd etdiyi kimi, biz işğaldan azad edilən torpaqları həyata qaytarmalıyıq. Bu məqsədlə azad edilmiş torpaqlarımızda kənd təsərrüfatının gələcək inkişafının planlaşdırılmasına başlanılıb. Torpaqlarımızın azad edilməsi kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək. Ölkənin əkin dövriyyəsi artacaq, strateji əhəmiyyətli su anbarlarının yerləşdiyi ərazilərin işğaldan azad edilməsi nəticəsində yüz min hektarlarla sahənin suvarılması təmin ediləcək. Azad edilmiş torpaqlarda üzümçülük, taxılçılıq, pambıqçılıq və heyvandarlığın inkişafı üçün çox böyük potensial var. Bu potensialdan düzgün istifadə etməklə, eyni zamanda aqrar emal sənayesini genişləndirməklə kənd təsərrüfatının davamlı inkişafı təmin olunacaq. Aqrar sahədə çalışan hər bir kəs öz üzərinə düşən məsuliyyəti anlayır və müharibə dövründə ikiqat əzmlə çalışır. Əminik ki, Ordumuzun cəbhədə əldə etdiyi qələbələri fermerlərimiz əmək cəbhəsində davam etdirəcəklər”.
Əziz fermerlər!
Sizin adınızdan fermerlərimizə daim qayğı göstərən, aqrar sahənin inkişafına davamlı dəstək verən İ.Əliyevə bu diqqətinə görə təşəkkürümüzü bildirir, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda əməliyyatları davam etdirən rəşadətli Ordumuza uğurlar diləyirik.
Bildiririk ki, işğaldan azad olunmuş torpaqlarda dağıdılaraq məhv edilmiş aqrar fəaliyyətin yenidən bərpası və inkişafına Kənd Təsərrüfatı Nazirliyinin bütün kollektivi və fermerlər əzmlə hazırdır".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi