İcra başçısının adı boru oğurluğunda! - Qalmaqal

img

19-11-2013 [12:33]



Ağcabədi rayonunun icra başçısı Şahin Məmmədov haqda mia.az-a maraqlı məlumatlar daxil olub.

Məlumatda bildirilir ki, başçı Haramı düzünün Ağcabədi hissəsində hələ sovetlər dönəmində tikilmiş keyfiyyətli yeraltı boru drenaj xətlərini qanunsuz olaraq çıxartdırıb:

 «İcra başçısı diametri 500 və 1000 olan bu dəmir boruların bir hissəsini dəmir alverçilərinə satdırıb. Ancaq sonradan bunun o qədər də sərf etmədiyini görərək, fikrindən daşındı. Hazırda həmin borular rənglənərək, su idarələrinə şirkətlərə baha qiymətə satılır».

 Məlumata görə, həmin xətlər Əmlak Məsələləri Dövlət Komitəsinin balansında olduğundan həmin boruların çıxarılması satılması üçün mütləq bu komitənin razılığı olmalı idi: «Amma başçı buna ehtiyac görmədi…».

 Faktla bağlı tərəfin mövqeyini öyrənmək mümkün olmayıb. Ş.Məmmədovu  dinləməyə hazırıq.

   

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA