Prezidentin köməkçisi: "Vejnəli qızıl yatağında qeyri-qanuni fəaliyyətlə bağlı hüquqi addımlar atacaq" - Ermənilər bu yataqları kimlərlə işlədirmiş?
30-10-2020 [17:21]
“Cənab Prezident tərəfindən bu gün “Twitter” hesabında verilmiş məlumatlarda Zəngilan rayonunun Vejnəli kəndinin də işğaldan azad olunduğu var”.
Bunu Ermənistan tərəfindən dinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O, Vejnəli kəndi ilə bağlı faktın üzərində xüsusilə dayanmaq istədiyini bildirib: “İşğal olunmuş Zəngilan rayonunun Vejnəli kəndində Azərbaycanın ən böyük qızıl yataqlarından biri yerləşirdi. Ermənistan tərəfindən üçüncü ölkələrin fiziki və hüquqi şəxsləri cəlb edilməklə Vejnəlidə qanunsuz olaraq Azərbaycanın qızıl yataqlarının istismarı aparılırdı. Bu prosesdə üçüncü ölkənin “GeoProMining” şirkəti var idi, həmçinin də İsveçrə vətəndaşı olan Vardan Sirmax adlı şəxs cəlb olunmuşdu. V. Sirmax dünyada brend saatlar hesab olunan “Franc Muller” saatlarının istehsalçısıdır. Vejnəlidə, o cümlədən Kəlbəcərdə çıxarılan qızıllar həmin “Franc Muller” saatlarının işləmələrində istifadə olunurdu”.
H. Haciyev qeyd edib ki, qızıl resursları Ermənistana gətirilir, Ermənistanda müəyyən saflaşdırma mərhələsindən keçdikdən sonra üçüncü ölkələrin bazarlarına çıxarılaraq, orada satışı həyata keçirilirdi: “Sirmaxla əlaqədar Azərbaycan Respublikasının Baş prokurorluğu tərəfindən müvafiq cinayət işi açılıb və hüquqi təqib addımları həyata keçirilib. Amma təəssüflə qeyd etməliyik ki, Azərbaycanın hüquqi müstəvidə olan sorğularına lazımi cavablar verilməyib, hüquqi müstəvidə bu məsələ ilə əlaqədar əməkdaşlıq göstərilməyib”.
H. Hacıyevin sözlərinə görə, ölkə prezidentinin bilavasitə tapşırığı əsasında işğal olunmuş ərazilərimizdə Ermənistanın Azərbaycan vurduğu zərərlərin kompleks qiymətləndirilməsi aparılacaq: “İndiyədək Azərbaycan bunu aparırdı, amma daha səhih formada yox idi. Çünki fiziki olaraq həmin əraziyə nəzarət edə bilmirdik. Amma işğaldan azad olunduqdan sonra və orada olan əvvəlki inventarlar da, o cümlədən vətəndaşlarımızın mülkiyyət hüququnu, mülkiyyətini təsbit edən inventarlar, sənədlər də daxil olmaqla təbii resurslarımız haqqında materiallar bir araya gətirilməklə kompleks qiymətləndirilərək Ermənistanın bu işğalı nəticəsində Azərbaycan vurduğu zərərlər qiymətləndiriləcək və bir dövlət olaraq Ermənistanın məsuliyyəti daha aydın şəkildə müəyyən olunacaq. Xoş haldır ki, Vejnəli yatağı işğaldan azad edilib. Bu yataq da Azərbaycanın digər tərəfdaşlarla imzaladığı müqavilələr çərçivəsində istismar olunaraq Azərbaycan xalqının mənafeyi naminə istifadə olunacaq. Ümumiyyətlə, münaqişələrdə bu kimi mineral yataqlar və resurslar çox vacib elementlərdən biridir. Afrika qitəsində münaqişələrdə “Kimberli” adlanan proses var. Bu, brilyant və almazların münaqişənin davam etməsinə nə dərəcədə təsir göstərməsidir. Ermənistanın rəhbərliyində təmsil olunmuş, səhra komandirləri adlanan şəxslər də bilavasitə bu çirkab və qeyri-şəffaf biznesdə şəxsi maraqları var idi”.
O bildirib ki, Paşinyan da daxil olmaqla, hazırda Ermənistanın rəhbərliyində təmsil olunan şəxslərin də bu çirkab və qeyri-şəffaf biznesdə şəxsi maraqları olub: “Ona görə onlar hər bir vəchlə bu qanunsuz iqtisadi əməllərin davam etdirilməsində maraqlıdırlar. Bundan sonra bu fəaliyyət dayansa da, cinayət olduğu təqdirdə cəza da olmalıdır. Baş prokurorluq və aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən Vardan Sirmax, onun ətrafında olan və bu prosesdə iştirak etmiş fiziki və hüquqi şəxslərə münasibətdə hüquqi təqib addımlarımız davam etdiriləcək. Həmçinin həmin şəxsin vətəndaşlığını daşıdığı ölkələrin məhkəmə-hüququ sistemini araşdırırıq ki, ondan da istifadə edərək qanun çərçivəsində sivil qaydada hüquqi mübarizə tədbirlərimiz davam etdirək”.
Baş prokuror Kamran Əliyev də Vejnəli kəndinin azad olunmasını çoxdan gözlədiklərini bildirib: “Bizim istintaq-əməliyyat qrupu ora getməyə tələsir. Bizə məlumat verilib ki, orada qızıl istehsalı ilə bağlı iki fabrik tikilib. O işin başa çatdırılması bizim üçün çox vacib idi. Ümid edirəm ki, yaxın vaxtlarda biz bu işləri həyata keçirəcəyik”/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi