Nəqliyyatda gedişhaqqı artırılır - Açıqlama

img

18-11-2013 [13:44]



İctimai nəqliyyatda gediş haqlarının qaldırılması üçün sahibkarlar Tarif Şurasına müraciət edib. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov da sahibkarların ictimai nəqliyyatda gediş haqlarının artırılması ilə bağlı müraciətlər etdiklərini təsdiqləyib. "Ancaq bununla bağlı qərar vermək səlahiyyəti yalnız Tarif Şurasına aiddir”. 

"İctimai nəqliyyatda gediş haqlarının qaldırılması ilə bağlı Tarif Şurasına heç bir müraciət daxil olmayıb”. Öz növbəsində Modern.az-a açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyi mətbuat xidmətinin rəhbəri Abbas Əliyev belə deyib. "Ümumiyyətlə, bu məsələ Tarif Şurasının gündəmində deyil”, - deyə A.Əliyev əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA