«Azsığorta» ilə nazirlik arasında 645 min manatlıq dava - Özəl

img

18-11-2013 [12:53]


 Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti ilə  "Azsığorta” ASC arasında 645 min manatlıq vəsaitin əvəzləşdirilməsi ilə bağlı problem yaranıb.

 Bu barədə mia.az-a daxil olan xəbərə görə, sığorta şirkəti nazirliyin müvafiq departamentindən 2009-2010-cu illər üzrə 645.012.80 manat divident vergisini sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına əvəzləşdirilməsini bunun da şəxsi hesab vərəqində bərpa edilməsini tələb edir. Lakin nazirliyin bu istəyə müsbət cavab verməməsi, işin məhkəməyə çıxmasına səbəb olub.

 Məlumata bildirilir ki, «Azsığorta» ASC-nin qeyd edilən tələbdən ibarət iddia ərizəsinə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılıb: «Lakin həmin məhkəmənin qərarı məsələnin yuxarı məhkəmə instansiyasına çıxarılmasına rəvac verib. İşə hal-hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Valeh Ağayevin sədrliyi ilə baxılır».

 Xəbərə görə, "Azsığorta” ilə Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti arasındakı 645 min manatlıq mübahisəyə noyabrın 19-da baxılacaq.

   

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA