Azərbaycanın Moldovadakı Səfirliyində müstəqilliyimizlə bağlı tədbir keçirilib - FOTOLAR
18-10-2020 [20:17]
Bu gün Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyində ölkəmizin müstəqillik ildönümünə həsr edilmiş tədbir keçirilib.
Səfirlikdən Mia.az-a veirlən məlumata görə, tədbirdə Türkiyənin Moldovadakı səfiri Halil Gürol Sökmensüer, Moldova Prezidentinin Xarici siyasət məsələləri üzrə məsləhətçisi Aureliu Çokoy, Moldova Azərbaycanlıları Konqresinin (MAK) rəhbəri Elçin Bayramov, digər qonaqlar və 100-ə yaxın həmvətənlərimiz iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən səfir Qüdsi Osmanov gələn qonaqları salamlayıb, həmyerlilərimizə ata yurdlarına toplaşdıqları üçün təşəkkür edərək, ölkəmizin müstəqillik tarixindən söhbət açıb.
O, Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti silahlı təxribat nəticəsində cəbhə bölgəsində gedən münaqişədə Ermənistan hərbi-siyasi rəhbərliyinin məsuliyyət daşıdığını bildirib, davamlı olaraq Azərbaycanın bir sıra rayon və şəhərlərində mülki əhali və mülki infrastrukturun ermənilər tərəfindən raket atəşinə məruz qoyulduğunu, Gəncənin növbəti dəfə raket atılması nəticəsində mülki əhalinin həlak olması və yaralanmasını, ölkəmizin ikinci ən böyük şəhərində şiddətli dağıntılar törədildiyini dilə gətirib.
Daha sonra tədbirdə Türkiyənin Moldovadakı səfiri H.G.Sökmensüer çıxış edərək, Türkiyənin qardaş ölkə Azərbaycanla bir millət, iki dövlət olduğunu qeyd edib, həm sevincli, həm də çətin günlərdə daim Azərbaycanın yanında olduqlarını vurğulayıb və erməni təcavüzü nəticəsində Gəncə və digər Azərbaycan şəhərlərində baş verənləri qətiyyətlə pisləyıb.
Tədbirdə iştirak edən Moldova Prezidentinin Xarici siyasət məsələləri üzrə məsləhətçisi A.Çokoy çıxışında Moldovanın beynəlxalq hüquq normalarına uyğun olaraq və Helsinki Yekun aktında qeyd olunmuş prinsiplərə sadiq qalaraq Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini, Moldova-Azərbaycan arasında mövcud dostluq münasibətlərinin davam etdirilməsində maraqlı olduğunu və dinc əhaliyə qarşı törədilən təxribatların qəbuledilməz olduğunu diqqətə gətirib.
Tədbirdə çıxış edən MAK-ın sədri E.Bayramov Moldovada yaşayan azərbaycanlılar adından ölkəmizin Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşdiklərini və Azərbaycanın Silahlı Qüvvələrinə hər zaman dəstək nümayiş etdirdiklərini bildirib, Gəncə də daxil olmaqla digər Azərbaycan şəhərlərində baş verən erməni təcavüzkarlığını şiddətlə qınayıb.
Azərbaycanlı icmanın fəallarından olan Maarif Rəhimov vətənpərvərlik ruhunda nitq söyləyərək, həmyerlilərini erməni təxribatına qarşı güclü olmağa, birlik nümayiş etdirməyə və ölkəmizin haqlı mövqeyini Moldovada daim səsləndirməyə çağırıb.
Bundan əlavə, tədbirdə Gəncə hadisələrinin qurbanları və erməni vəhşiliyi nəticəsində törədilmiş dağıntılar əks edilmiş fotoşəkillərdən ibarət guşə yaradılıb, buraya tədbirdə iştirak edən qonaqlar tərəfindən güllər düzülüb, baş verən faciənin dəhşətləri barədə məlumatlar verilib.
Tədbirin sonunda bir sıra torpaqlarımızın işğaldan azad edilməsinin şərəfinə səfir Q.Osmanov və digər qonaqlar tərəfindən dövlət rəmzləri olan bayraq və gerbimizdə təsvir edilən səkkizgüşəli ulduza istinadən səkkiz ədəd şam ağacı əkilib.
MİA.AZ






Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi