Birinci vitse-prezidentin köməkçisi: "Bu müharibə cinayətinin bütün məsuliyyəti Paşinyanın üzərinə düşür"
17-10-2020 [14:49]
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov oktyabrın 17-də Hindistanın TV-9 telekanalının birbaşa efirində Hindistan ictimaiyyətini bu gecə Ermənistan ərazisindən Gəncəyə növbəti raket zərbələri endirmiş Ermənistan rəhbərliyinin növbəti müharibə cinayəti barədə məlumatlandırıb.
Mia.az xəbər verir ki, E.Əmirbəyovun sözlərinə görə, “Elbrus” və “Toçka U” qanadlı raketlərindən istifadə edilməklə törədilmiş bu alçaq terror aktı nəticəsində Gəncənin 13 nəfər dinc sakini, o cümlədən 2 uşaq öldürülüb, 40-dan artıq adam yaralanıb: "Yerevanda öz əməlləri ucbatından çıxılmaz vəziyyətdə qalan aciz cinayətkar rejim döyüş meydanında öz işğalçı silahlı qüvvələrinin tamamilə darmadağın olunmasının davam etməsi fonunda növbəti dəfə gecə vaxtı yuxuda olan dinc vətəndaşlara əl qaldırıb, özünün fərsiz hərbi avantürasının uğursuzluğunu günahsız mülki əhaliyə qorxaqcasına hücum yolu ilə kompensasiya etməyə çalışıb".
Birinci vitse-prezidentin köməkçisi vurğulayıb ki, döyüş əməliyyatları zonası hüdudlarından uzaqda yerləşən Gəncə və Azərbaycanın digər iri şəhəri Mingəçevir artıq dördüncü dəfədir ki, raket atəşinə məruz qalır: "Bu, döyüş meydanında daha iri məğlubiyyətlərə uğrayacağını bilən Ermənistan rəhbərliyinin çarəsizliyinə və ümidsizliyinə sübutdur. Münaqişənin dinc yolla nizamlanmasını təkzib edən və humanitar atəşkəs haqqında Moskva razılaşmalarını kobud şəkildə pozan Ermənistan növbəti dəfə beynəlxalq birliyə meydan oxuyur. Ümidvarıq ki, beynəlxalq birlik və xüsusən ATƏT-in Minsk qrupunun həmsədrləri insanlıq əleyhinə cinayətlər olan bu raket zərbələrinə sərt reaksiya verəcəklər".
E.Əmirbəyov qeyd edib ki, Azərbaycan özünümüdafiə və öz əhalisinin təhlükəsizliyinin təmin edilməsi üçün qanuni hüququnu saxlayır və ağlını itirmiş düşmənin dərsini vermək, gələcəkdə bu cür qeyri-insani hərəkətlərin təkrarlanmaması üçün, o cümlədən düşmənin legitim hərbi hədəflərini, onların harada yerləşməsindən asılı olmayaraq neytrallaşdırmaq yolu ilə qarşısını almaq üçün bütün zəruri tədbirləri görür.
E.Əmirbəyov Hindistan auditoriyasını məlumatlandırıb ki, rəşadətli Azərbaycan ordusunun davam edən zəfər yürüşü nəticəsində bu gün, 27 illik işğaldan sonra Füzuli şəhəri və Füzuli rayonunun yeddi kəndi azad edilib. Azərbaycanın ermənilər tərəfindən hərbi işğalına son qoyulacağı, Şuşada və Xankəndidə Azərbaycan bayrağının qaldırılacağı gün uzaqda deyil: “Bu müharibə cinayətinin nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin, ilk növbədə, müharibə canisi olan baş nazir Paşinyanın üzərinə düşür, o, hökmən beynəlxalq tribunal qarşısında cavab verməli olacaq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi