"Ermənistan silahlı birləşmələri təxribat yaratmaq məqsədi ilə İran ərazisinə raketlər atır" - Rəsmi Bakı bəyanat yaydı
16-10-2020 [23:57]
Azərbaycan Respublikasının İran İslam Respublikası ilə həmsərhəd işğal olunmuş ərazilərində silahlı toqquşmalar davam edir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Mia.az-a bildirilib ki, əks-hücum əməliyyatları həyata keçirən Azərbaycan ordusu işğalçı Ermənistanın silahlı qüvvələrini məhv edərək öz torpaqlarını azad edir:
"Döyüşlər gedən ərazilərdən geri çəkilən parakəndə Ermənistan silahlı birləşmələri təxribat yaratmaq məqsədi ilə dost və qardaş İran ərazisinə raketlər atmaqda davam edir. Düşmənin hücumunu dəf edən Azərbaycan ordusunun bütün səylərinə baxmayaraq, məqsədli atəşlər nəticəsində raketlər ara-sıra İran ərazisinə düşür. Məkrli düşmənin bu hərəkəti bizi hiddətləndirir və qardaş İran əhalisinin narahatlığına şərik oluruq.
İran İslam Respublikası tarixən dost və qardaş ölkə kimi daim Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləmiş və Azərbaycan ərazilərinin işğaldan azad edilməsini, müvafiq BMT TŞ qətnamələrinin yerinə yetirilməsini və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəkləmişdir.
Bu gün də biz qardaş İran xalqının həmrəyliyini hiss edirik, İran hökumətinin rəsmi bəyan edilmiş dəstəyini yüksək qiymətləndiririk.
İran dövləti regionda sülhün bərqərar olunmasına öz töhfəsini əsirgəmir, sabitlik və təhlükəsizliyin təmin olunmasına tərəfdar çıxır.
Azərbaycan xalqı dostunu və düşmənini yaxşı tanıyır. Azərbaycanın müstəqillik tarixinin bu taleyüklü dövründə xalqımıza və dövlətimizə dəstək verən, onun yanında olan bütün dövlətlərin və xalqların bu ədalətli münasibətlərini unutmayacaq".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi