"İtaliyanın xarici siyasətini mərkəzi Hökumət müəyyənləşdirir" - Rəsmi Bakıdan bəyanat
16-10-2020 [18:37]
“Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki qeyri-qanuni oyuncaq rejimin Milan Şəhər Şurası tərəfindən "tanınma"sı ilə bağlı iddialar Ermənistan tərəfinin növbəti təxribatı və saxtakarlıqlara əsaslanan propaqandasının tərkib hissəsidir”.
Mia.az-ın xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
O bildirib ki, burada söhbət Milan şəhərində fəaliyyət göstərən Ermənistan fəxri konsulluğu və Milandakı erməni icmasının təşəbbüsü ilə Şəhər Şurası tərəfindən edilən müraciətdən gedir:
"Bu xüsusda bildirmək istərdik ki, İtaliyada hər bir ərazi vahidinin yerli orqanının üzvləri mərkəzi hökumətə istənilən mövzuda müraciətlə çıxış edə bilər. Həmin müraciətlər heç bir hüquqi əsasa malik deyil və hüquqi nəticələr doğurmur. Eyni zamanda, İtaliya Respublikasının heç bir ərazi vahidinin "tanıma" kimi səlahiyyəti yoxdur. Erməni tərəfinin "tanıma" olaraq iddia etdiyi "müraciət" də bu qəbildəndir və heç bir hüquqi təbiətə malik olmamaqla yanaşı, hər hansı hüquqi nəticələr doğurmur.
İtaliya Respublikasının xarici siyasətini mərkəzi Hökumət müəyyənləşdirir. İtaliya Respublikası Hökumətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi birmənalıdır və bu mövqe 20 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Baş naziri Cüzeppe Konte tərəfindən Roma şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsi haqqında Birgə Bəyannamə"də öz əksini tapıb.
Həmin Birgə Bəyannamədə İtaliya Respublikası Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətini bir daha təsdiq etmiş və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin məhz həmin prinsiplər əsasında həll edilməsini dəstəkləmişdir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi