Metroda qəzet satışına birdəfəlik son qoyuldu

img

14-11-2013 [18:39]


Mətbuat yayımı ilə məşğul olan "Metroservis”in köşkləri metro keçidlərindən yığışdırılır. Xatırladaq ki, bir ay öncə sözügedən firma "Yeni Müsavat”, "Azadlıq” və digər qəzetlərin yayımından imtina etmişdi. Noyabrın 14-dən isə "Metroservis”in fəaliyyətinə xitam verilib.
Firmanın rəhbəri Bəkir Cəfərov xəbəri "musavat.com”a təsdiqləyib. O, bildirib ki, artıq firmanın fəaliyyətinə xitam verilib, bütün redaksiyalara məktub göndərilib ki, noyabrın 15-dən onlara qəzet verilməsin. Həmçinin Rusiyadan gələn qəzet və jurnalların da qəbulu dayandırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA