"Erməni xalqının içərisində bir ağıllısı yoxdur?" - Azərbaycandakı dini icma rəhbələrindən mesajlar
16-10-2020 [16:00]
"Azərbaycan şəhərləri atəşə məruz qalır. Mən Gəncənin atəşə tutulduğunu, mülki şəxslərin öldüyünü eşidəndə çox məyus oldum”.
Bunu bu gün Azərbaycandakı Roma katolik kilsəsinin rəhbəri, Ordinarı Vladimir Fekete Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə birgə mətbuat konfransında bildirib.
Vladimir Fekete deyib ki, bununla əlaqədar bəyanat yayıblar: “Biz bildirdik ki, Azərbaycan katolikləri həmin insanlar və haqq-ədalətin bərpası üçün dua edir. Bəyanatda qeyd edilib ki, Azərbaycan tolerant ölkədir, müxtəlif dinlərin insanları sülh şəraitində yaşayırlar. Mülki şəxslərin ölümü bizim ürəyimizə böyük ağrı gətirir, yaralıların sağalmasını arzulayırıq. Qoy, Allah sülh bəxş etsin”.
Alban-udi Xristian İcmasının rəhbəri Robert Mobili isə qeyd edib ki, ermənilər Azərbaycanın Şuşadakı, Xankəndindəki abidələri atəşə tutduğunu iddia edirlər: “O abidələr bizim abidələrdir. Azərbaycan dövləti, Heydər Əliyev Fondu kilsələri bərpa edir. Necə ola bilər ki, azərbaycanlılar o abidələri dağıtsınlar? Erməni separatçıların, Ermənistanın strategiyasıdır ki, məscidlər dağıdılsın, azərbaycanlıların izləri itsin. Ermənistanın ətrafında Türkiyə və İran çoxmillətli ölkədir. Azərbaycan da çoxmillətli, çox konfessiyalı dövlətdir. Gürcüstan da o cümlədən. Ermənistan isə monoetinik dövlətdir. Qarabağdan da bütün xalqlar, bütün dinlərin nümayəndələri çıxarılıb. O torpaqların azad edilməsinin udinlər üçün böyük əhəmiyyəti var. Udinlər üçün həm Qələbə, həm də Qarabağ çox əhəmiyyətlidir. Ermənilər orada udin, alban abidələrinin adını dəyişdiriblər. Erməni xalqının içərisində bir ağıllısı yoxdur? Bu gün biz xristianlara Azərbaycanda böyük dəstək var. Ermənilərin bu cür vandalizmi, sülhlə razılaşmamağı bizi narahat edir. Bizim gücümüz birlikdədir. Bu gün udin xalqının nümayəndələri cəbhədədir. Yaşasın Azərbaycan, Qarabağ Azərbaycandır!”
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə nəzərə çatdırıb ki, bu gün Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr bu tədbirdə iştirak edir: “Ermənistanda Rus Pravoslav Kilsəsinin Yeparxiyası varmı? Yoxdur”.
Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski İsrail və dünya yəhudilərinin Azərbaycanı dəstəkləməsinin səbəbindən danışıb: “Atamın valideynləri İkinci Dünya Müharibəsində faşistlərin əlindən qaçıb, Vətən Müharibəsində iştirak edib. Vətən Müharibəsindən sonra Azərbaycana gələndə mən burada anadan olmuşam. Mən aktyor olanda hər il qastrollarımız Xankəndində olurdu. Biz mütləq Şuşaya qalxaraq, tamaşalar göstərirdik. Bizi doğma qardaşlarımız kimi qarşılayırdılar. Hansı şeytan bizim aramıza girdi?
Erməni xalqı çəkinməsin, onlar üçün də evlər tikiləcək. Erməni xalqı şovinizm xəstəliyinə tutulub. Erməni xalqı öz xəstə rəhbərlərindən azad olacaq və mən teatr truppasını Qarabağa, Şuşaya aparacağam. Azərbaycanın bayrağı Şuşa üzərində dalğalanacaq”.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycanın mübarizəsi erməni xalqına qarşı deyil/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi