Qəbiristanlıqda erməni hücumuna məruz qalan şəxslər o anlardan danışdılar: "Böyük qardaşım, yeznəsi, qonşum və qəbirqazan vəfat etdi..."
16-10-2020 [12:49]
"Tərtər qəbiristanlığında qardaşım İsgəndərin qayınanasını dəfn edən zaman ermənilər dalbadal top mərmiləri atdılar".
Bunu oktyabrın 15-də Tərtər qəbiristanlığında erməni terroru zamanı xəsarət alan rayon sakini Nofəl Əmirov bildirib.
Onun sözlərinə görə, həmin vaxt üç mülki şəxs hadisə yerindəcə həlak olub, biri isə daha sonra ölüb: "Mən də qəbiristanlıqda xəsarət aldım. Böyük qardaşım İsgəndər, onun yeznəsi, qonşum və qəbirqazan vəfat etdi. Hazırda səhhətim normaldır".
Hadisə zamanı Tərtər rayonunun din xadimi (molla) Rafael Qəzənfərli də xəsarət alıb. R.Qəzənfərli qeyd edib ki, mərhumu torpağa tapşırandan sonra düşmən tərəfindən top mərmiləri atılıb: "Qəbrin üstünün pillələrini düzən zaman mərminin biri yaxınlığımıza düşdü. Özümü itirmədim, amma hiss etdim ki, bədənimə istilik gəldi. Müxtəlif dərəcəli bədən xəsarəti almışam. Yerdə həlak olan şəxsləri və yaralıları gördüm. Üç nəfər elə oradaca öldü, rəhmətlik İsgəndər isə yerində can verirdi. Öz maşınımla xəstəxanaya gəldim. Hazırda səhhətim yaxşıdır. Allah bütün şəhidlərə rəhmət eləsin".
Xəsarət alanlardan biri isə Tərtər şəhər sakini Füzuli Məmmədovdur. O deyib ki, Yevlax rayonunda rəhmətə gedən xalasını Tərtər qəbiristanlığında dəfn edən zaman erməni terroru nəticəsində qolundan xəsarət alıb: "Allah ermənilərin bəlasını versin. Onlar dinc sakinləri hədəfə alırlar. Bizim nə günahımız var idi?! Biz yaxınımızı dəfn edirdik. Rəhmətə gedən şəxslər qohumlarım idi".
Xəstəxananın həkimi söyləyib ki, yaralılardan birinin vəziyyəti ağır idi, o, cərrahiyyə əməliyyatı olunub: "Hazırda yaralıların vəziyyəti qənaətbəxşdir".
Qeyd edək ki, oktyabrın 15-i saat 13 radələrində Tərtər rayon ərazisindəki qəbiristanlıqda 1940-cı il təvəllüdlü Rəfiqə Məmmədovanın dəfn mərasimi zamanı düşmən top mərmisi atıb. Həmin zaman orada olan şəhər sakinləri 1989-cu il təvəllüdlü Orucov Pərviz Novruz oğlu, 1962-ci il təvəllüdlü Rüstəmov Vasif Bahadur oğlu və 1988-ci il təvəllüdlü Zamanov Şakir Xasay oğlu həlak olub, Məmmədov Fizuli Əli oğlu, Əmirov İsgəndər Yelmar oğlu, Allahverdiyev Elsevər Vəli oğlu, Əmirov Nofəl Yelmar oğlu və Qəzənfərli Rəfael Qəzənfər oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Daha sonra yaralanan İ.Əmirov xəstəxanada vəfat edib/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi