Zeynəb Xanlarova əməliyyat olundu

img

14-11-2013 [15:29]



Xalq artisti, millət vəkili Zeynəb Xanlarova bir neçə gün öncə ağır ürək əməliyyatı keçirib. "Unikal.org”a daxil olan məlumata görə millət vəkilinin səhhəti gözlənilmədən pisləşib və nəticədə həkim müdaxiləsinə ehtiyac yaranıb. İlk müayinədən sonra əməliyyatın keçirilməsi qərarlaşdırılıb. Mənbənin sözlərinə görə ürək əməliyyatı uğurla həyata keçirilib və xalq artisti hazırda özünü yaxşı hiss edir. Bunu da qeyd edək ki, son zamanlar Zeynəb Xanlarovanın müxalifəti dəstəkləyən açıqlamalarından sonra onun hakimiyyətlə problemləri yaranmışdı və ehtimal olunur ki, bu gərginliklər nəticəsində Zeynəb Xanlarovanın səhhətində problem yaranıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA