"Paşinyanın müşaviri Rusiya telekanalında açıq şəkildə etiraf etdi ki..." - Strateji Planlaşdırma və Araşdırmalar İnstitutundan bəyanat
15-10-2020 [17:29]
Strateji Planlaşdırma və Araşdırmalar İnstitutu beynəlxalq İnsan haqları və Qeyri - Hökümət təşkilatalarının rəhbərlərinə müraciət edib.
Mia.az-a daxil olan müraciəti olduğu kimi təqdim ediriik:
"Bu ilin oktyabr ayının 10-da Moskva şəhərində Rusiya prezidenti V.V.Putinin təşəbbüsü ilə baş tutan Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşündə humanitar atəşkəsin imzalanmasına baxmayaraq, oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından 60 kilometr kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncə Ermənistan ərazisindən ballistik raket hücumuna məruz qalmışdır.
Gəncə şəhərinin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını hədəfə alan raket hücumu nəticəsində uşaq və qadın da daxil olmaqla 10 mülki şəxs həlak olub, 35 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.
Qeyd edək ki, bu günə qədər Gəncə şəhəri ilə yanaşı Azərbaycanın digər yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində 40 mülkü şəxs həyatını itirib, yüzlərlə adam ağır xəsarət alıb.
Ermənistanın keçmiş müdafiə naziri, hazırkı baş nazir Nikol Paşinyanın müşaviri Vaqarşak Arutyunyan "Rossiya 1" telekanalında yayımlanan "Vesti" verilişinə müsahibəsində açıq şəkildə etiraf edib ki, Ermənistan məqsədyönlü şəkildə Azərbaycanın dinc əhalisini atəşə tutacaqdır və Gəncənin ballistik raketlə vurulma faktı deyilənləri bir daha təstiq etmişdir.
Ermənistanın siyasi hakimiyyəti bu cür yeni hücumları hələ də planlaşdırmaqda davam edir. Belə ki, oktyabrın 14-də saat 01:00 radələrində Ermənistan Respublikası tərəfindən əməliyyat-taktiki ballistik raket kompleksi mülki əhalini və yaşayış məntəqələrini atəşə tutmaq məqsədilə start mövqeyinə çıxarılmışdı. Planlaşdırılmış hücumu Azərbaycan Ordusu tərəfindən qabaqlayıcı tədbirlər görülərək həmin raket kompleksi sıradan çıxardılmışdır.
Beynəlxalq Humanitar Hüquq və bu hüququn əsasını təşkil edən 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları və onlara əlavə edilmiş protokollar, habelə BMT Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli qətnaməsi, eləcə də digər beynəlxalq konvensiyalar müharibə zamanı mülki əhaliyə və obyektlərə hücumu qadağan edir. Adı çəkilən sənədlər hərbi konfliktlər zamanı döyüşdə artıq iştirak etməyən hərbçilərin və döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən digər şəxslərin, yəni mülki əhalinin müdafisinə yönəldilib. Cenevrə konvensiyaları mülki əhalinin və mülki obyektlərin müdafiəsini təmin etmək məqsədilə mülki əhali ilə hərbi əməliyyatların bilavasitə iştirakçılarını fərqləndirməyi konflikdə iştirak edən tərəflərdən tələb edir, bütövlükdə mülki əhaliyə və ayrı-ayrı dinc sakinlərə hücumu qadağan edir.
Ermənistan tərəfi hərbi əməliyyatların keçirildiyi əraziyə aid olmayan yaşayış məntəqələrini və mülki obyektləri birbaşa hədəfə almaqla dinc əhalini məhv etmək, mülki infrasutruktur obyekləri dağıtmaq məqsədi güdür və bununla da beynəlxalq xarakterli cinayət əməli törədirlər və bu cinayətlərə görə görə beynəlxalq tribunal qarşısında məsuliyyət daşımalıdırlar.
Strateji Planlaşdırma və Araşdırmalar İnstitutu baş vermiş hadisələri insanlıq əleyhinə cinayət aktı kimi qiymətləndirir və baş verənləri qətiyyətlə pisləyir, bu cinayətə rəhbərlik edənlərin və icraçılarının məsuliyyət daşıdıqlarını bəyan edir".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi