İqtisad Universitetində gizli kamera qalmaqalı, 12 müəllim rüşvətlə tutuldu

img

14-11-2013 [13:56]


Bu gün Milli Məclisin iclasında Elm və təhsil komitəsinin sədri, Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev müəllimlərin əməkhaqlarının qaldırılmasına qarşı çıxmaqla, rəhbərlik etdiyi universitetdə müəllimlərin haqlı narazılığını gücləndirib.Bu barədə mia.az-a açıqlama verən müəllimlərdən biri deyib ki, Şəmsəddin Hacıyev təhsil və elmə ayrılan vəsaiti həmin sahələrin inkişafı üçün yetərli sayıb və bildirib ki, təhsil sistemində ciddi islahatlar həyata keçirilir. Bu islahatlar başa çatdıqdan sonra müəllimlərin əməkhaqqının artımından danışmaq olar: «Yəni o, müəllimlərin əmək haqlarının artırılmasına qarşı çıxıb. Deputatdır, rektordur, imkanları genişdir. Yəqin onun üçün əmək haqlarının 50-100 manat qalxıb-qalxmamasının heç bir əhəmiyyəti yoxdur. Amma saat hesabı dərs deyənlərdən tutmuş, baş müəllimlərə, dossentlərə qədər müəllimlərin böyük əksəriyyəti səfalət içində yaşayır. Onların bəziləri məcbur qalaraq tələbələrə əl açmaq məcburiyyətində qalır. Ki bu da müəllim peşəsini, şərəfini ləkələyir. Çox uzağa getməyək. Elə bu günlərdə İqtisad Universitetində Şəmsəddin Hacıyev gizli və aşkar kameralarla 12 müəllimi rüşvətlə yaxalatdırıb. 

Hazırda onların universitetdən uzaqlaşdırılması məsələsi də gündəmdədir. Lakin həm səs-küyün böyüməsi ehtimalından, həm də rüşvətlə yaxalanan müəllimlərin «biz bunu tək yemirik ki» açıqlamalarından, rektor ehtiyatlanır. Ona görə də rektor həmin müəllimlərlə bağlı qərar verə bilmir. Bu gün isə Milli Məclisdə elə gəlişigözəl danışır ki, sanki rəhbərlik etdiyi universitetdə hər şey qaydasındadır….».

Məsələ ilə bağlı rektorun münasibətini öyrənə bilmədik. Onu da dinləməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA