MM-in deputatları AŞPA-da Azərbaycanın maraqlarına zidd olan bəyanatın qəbul edilməsinə mane olub
15-10-2020 [14:19]
"Dünən AŞPA-nın Hüquq məsələləri və insan hüquqları Komitəsinin iclası keçirilib. İclasda “Dağlıq Qarabağdakı vəziyyətlə” bağlı bəyanatın qəbul edilməsi nəzərdə tutulurdu və bu bəyanat Azərbaycan xalqının maraqlarına zidd idi".
İclasda iştirak edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bildirib ki, qəbul edilməsi nəzərdə tutulan bəyanatda 4 vacib problem var idi.
Onun sözlərinə görə, birincisi, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi kimi göstərilmirdi:
“Sadəcə Dağlıq Qarabağ regionu kimi qeyd edilirdi. Bunun həm hüquqi, həm də siyasi baxımından səhv olduğunu və beynəlxalq hüquqa, o cümlədən AŞPA-nın qətnamələrinə zidd olduğunu bildirdik.
İkinicisi, Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həll edilməsi qeyd edilsə də, BMT Təhlükəsizlik Şurasının qətnamələri göstərilmirdi. Biz isə bildirdik ki, sülh yolu ilə həll yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində əldə edilə bilər. Üçüncüsü, hazırkı vəziyyətdə İnsan Hüquqları üzrə Avropa Konvensiyasının tələblərinin pozulmasının qarşısının alınması ilə bağlı münaqişədə 3-cü tərəflərin iştirak etməməsinə çağırış edilirdi. Lakin təkcə Türkiyənin adı xüsusilə qeyd edilirdi.
Bununla bağlı qeyd edildi ki, Türkiyə bizim qardaş ölkədir, dəstəyi də yalnız mənəvi dəstəkdir. Dağlıq Qarabağda 3-cü tərəflərin iştirakı ilə bağlı iddiaları ilk dəfə Fransa Prezidenti Makron səsləndirib. Azərbaycan Prezidenti İlham Əliyev Makrondan sübutları təqdim etməsini, bütün dünya ilə paylaşmasını istəyib. Lakin Makrondan hələ də xəbər yoxdur. İclasda iştirak edən Erkin Qədirli isə arqumentləri səsləndirib”.
K. Cəfərov nəzərə çatdırıb ki, bəyanatda beynəlxalq monitorinq missiyasının yaradılması təklif edilirdi:
“Bu, ən vacib problem idi. Monitorinq missiyasının məqsədi isə Dağlıq Qarabağda insan hüquqlarının pozulması ilə bağlı məlumatların toplanmasıdır. Burada məqsəd, ermənipərəst ekspertlərin beynəlxalq missiyanın tərkibinə daxil edilməsi və əldə edilmiş məlumatları “müstəqil” mənbə kimi Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim etməkdir. Bununla bağlı Gəncədə baş vermiş müharibə cinayəti ilə bağlı məlumat verdik, qeyd etdik ki, Gəncə Azərbaycanın ən böyük ikinci şəhəridir və münaqişə zonasından çox uzaqdır. İndi sizin düşüncə ilə Gəncə də Dağlıq Qarabağdır? Elə deyilsə, Xankəndində insanların hüquqları nə üçün Gəncədə öldürülmüş insanların hüquqlarından fərqli və ya üstündür?
Eyni zamanda yeni bir monitorinq missiyasının yaradılmasının əleyhinə olduğumuzu da bildirdik. Çünki indiyə kimi çox monitorinq missiyası yaradılıb və bir nəticəsi yoxdur. Bu günə qədər 1 milyona yaxın azərbaycanlının hüquqları ilə maraqlanmayan Avropa Şurası tərəfindən yeni bir mexanizmin yaradılmasını düzgün hesab etmirik. Düşünürük ki, bu ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlı qarşıqlıq yarada bilər. Belə bir missiya, keçmişdə olduğu kimi yalnız ATƏT çərçivəsində həyata keçirilə bilər”.
Deputat bildirib ki, geniş müzakirələr və fərqli fikirlərin yekununda bəyanat qəbul edilmədi:
“Ermənilər cəbhədə olduğu kimi, beynəlxalq təşkilatlarda da bu cür təxribatlara əl atırlar. Bütün cəbhələrdə isə cavabımız birdir. Qarabağ Azərbaycandır!”/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi