14-11-2013 [13:40]
"Rüstəm İbrahimbəyov hər zaman söyləyir ki, ziyalıdır və siyasətə qarışmır. Düşünürəm ki, ziyalı və ağsaqqal kimi yenə də öz statusunda qalaraq, vəzifəsindən istefa verib, Cəmil Həsənlinin Milli Şuranın sədri olmasını irəli sürərsə, bu, Rüstəm İbrahimbəyova çox hörmət qazandırar. Eyni zamanda bu addım indiki şəraitdə Milli Şuranın işini yenidən qurması məsələsində bir başlanğıc və təkan olar”.
Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin sədri, Milli Şuranın üzvü Arzu Səmədbəyli deyib.
Onun sözlərinə görə, indiki halda Milli Şurada Həmsədrlik İnstitutunun olmasını diktə edən heç bir şərt yoxdur. A. Səmədbəyli deyib ki, Həmsədrlik İnstitutunun yaradılması Milli Şuranın güclənməsinə təkan verəcək variant deyil: "Biz bu ideyanı uğurlu variant saymırıq. Bu gün Milli Şuranın strukturları təkmilləşdirilməli, qurum öz strukturlarında yeniliklər etməlidir. Ümumiyyətlə, bu təklif Rüstəm İbrahimbəyovun fikri kimi səslənib. Bundan əvvəl də Müsavat funksionerləri Həmsədrlik İnstitutunun olmasını və burada təkcə ziyalıların deyil, İsa Qəmbər və Əli Kərimlinin də təmsil olunmasını təklif etmişdilər. Lakin o zaman Rüstəm İbrahimbəyov qəti şəkildə bunun əleyhinə çıxmışdı”.
A. Səmədbəyli qeyd edib ki, Milli Şurada həmsədrliklə bağlı partiya funksionerləri öz mövqeyini bildirib: "Konkret olaraq, Müsavatın bu məsələ ilə əlaqədar mövqeyi yoxdur. Yəni, bu təklif partiyalarda müzakirə olunsun deyə, bir çağırış yoxdur”.
Müsavat funksioneri hesab edir ki, bu gün Rüstəm İbrahimbəyovun istefa verərək Milli Şuradan getməsi Həmsədrlik İnstitutu ideyasından daha uğurlu variant olardı: "Rüstəm İbrahimbəyov qəbul etsə, mənə elə gəlir ki, bu daha uğurlu variant olar, nəinki həmsədrlik institutu. Mən bunu bir təklif kimi irəli sürürəm və subyektiv fikrimdir. Rüstəm İbrahimbəyov bu və ya digər formada Milli Şura ilə əlaqə saxlayır. Amma nəzərə alaq ki, o ölkədən xeyli kənardadır və Milli Şura üçün uyğun olmayan bir şəraitdə fəaliyyət göstərir. Rüstəm İbrahimbəyovun Milli Şuranın formalaşmasında kifayət qədər rolu var. Lakin Milli Şura qalacaqsa, daimi bir orqana çevriləcəksə, strukturları formalaşacaqsa, qurum sədrinin Bakıda olması və proseslərə nəzarət etməsi vacibdir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi