PA rəsmisi ilə Milli Məclisin deputatları arasında növbəti görüş keçirilib - Nələr müzakirə olunub?
14-10-2020 [23:56]
Qanunverici hakimiyyət ilə icra hakimiyyəti arasında əlaqələrin daha da təkmilləşdirilməsi istiqamətində müzakirələrin aparılması üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Milli Məclisin deputatları arasında görüşlər davam etdirilir.
Mia.az-ın məlumatına görə, bu qəbildən olan növbəti görüş oktyabrın 14-də videokonfrans formatında keçirilib. Görüşdə Milli Məclisin Sədri Sahibə Qafarova, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və Milli Məclisin 70-dək deputatı iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Milli Məclisin Sədri Sahibə Qafarova deyib ki, hazırda Azərbaycan tarixi günlər yaşayır. Xalqımız və dövlətimiz sözün həqiqi mənasında Vətən müharibəsi aparır. Ölkəmiz bu müharibədə uğurlu hərbi əməliyyatlarla yanaşı, diplomatik, siyasi və informasiya cəbhəsində də mühüm uğurlar qazanmaqdadır. Spiker vurğulayıb ki, Prezident İlham Əliyevin zəngin siyasi təcrübəsi, yüksək diplomatik səriştəsi və qətiyyəti sayəsində Azərbaycan düşmənə bütün cəbhələrdə böyük məğlubiyyətlər yaşadır. Sahibə Qafarovanın sözlərinə görə, Ermənistanın cəbhə xəttində törətdiyi hərbi təxribatların qarşısının alınması, şanlı Ordumuzun parlaq əks-hücum əməliyyatları hər birimizi fərəhləndirir, qürurlandırır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və dövlətimizin yeni şanlı tarixi yazılır.
Ordumuzun zəfər yürüşü zamanı şəhidlərimizin də olduğunu vurğulayan Spiker Allahdan şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyib.
Milli Məclisin Ermənistanın 27 sentyabrdan başlayaraq törətdiyi hərbi təxribatlar, həmçinin Gəncəni və digər şəhər və rayonlarımızı artilleriya və raketlərdən atəşə tutması ilə bağlı milli parlamentlərə və beynəlxalq parlament təşkilatlarına müraciətlər ünvanladığını bildirən Sahibə Qafarova məlumat verib ki, parlament rəhbərliyinin və dostluq qruplarının adından 88 ölkənin parlamentlərinə 130, həmçinin 11 beynəlxalq təşkilata məktublar göndərilib. Müraciətlərdə baş verənlərlə bağlı geniş məlumatlar verilib və beynəlxalq ictimaiyyət tərəfindən bu hadisələrə adekvat münasibətin bildirilməsinə çağırış olunub. Onun sözlərinə görə, artıq bəzi ölkələrin parlamentləri ölkəmizə öz dəstəklərini ifadə ediblər. Həmçinin Sahibə Qafarova bu müddət ərzində bir sıra ölkələrin spikerləri və beynəlxalq təşkilatların rəhbərləri ilə telefon danışıqları apardığını, 10-a yaxın ölkənin səfirləri ilə görüşlər keçirdiyini, onlara Ermənistanın təcavüzü və təxribatları haqqında ətraflı məlumat verildiyini diqqətə çatdırıb.
Sədr bu müddətdə Milli Məclisin əksər deputatlarının müxtəlif xarici ölkələrin media orqanlarında erməni vandalizminin ifşa olunması istiqamətində çıxışlar etməsinin, sosial şəbəkələrdə xüsusi fəallıq nümayiş etdirməsinin təqdirəlayiq olduğunu bildirib. Həmçinin məlumat verilib ki, Milli Məclisin Sədri, Sədr müavinləri, deputatlar, parlament Aparatının və İşlər idarəsinin kollektivləri Silahlı Qüvvələrə Yardım Fonduna 360 min manat ianə ediblər.
Çıxışında daha sonra ölkəmizdə həyata keçirilən siyasi islahatlar və onların uğurlu nəticələri barədə məlumat verən Spiker qeyd edib ki, Azərbaycanın dinamik inkişafını şərtləndirən mühüm məsələlərdən biri ardıcıl həyata keçirilən islahatlardır. Bu islahatlar ölkəmizin daha da güclənməsinə xidmət edir. “Əlbəttə ki, hər bir inkişaf və tərəqqinin əsasında uğurlu islahatlar dayanır. Və biz Azərbaycanın müsbət nümunəsində bunu aydın şəkildə görürük”, – deyən Sahibə Qafarova qeyd edib ki, ölkəmizdə həyata keçirilən islahatların mühüm bir hissəsini siyasi islahatlar təşkil edir. Bu islahatlar demokratikləşmə prosesinin daha uğurlu həyata keçirilməsini təmin edir, eyni zamanda, siyasi münasibətlər sistemində yeni keyfiyyət göstəricilərinin meydana gəlməsini şərtləndirir. O bildirib ki, bu gün Azərbaycanda siyasi sistemin komponentləri arasında müsbət münasibətlər qurulub.
Sonra Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev çıxış edib. Çıxışında o, dövlətimizin başçısı tərəfindən aparılan siyasi-hüquqi islahatlar və onların nəticələrindən danışaraq, ölkədə yeni siyasi konfiqurasiya, qabaqcıl siyasi mədəniyyət və dialoq mühitinin formalaşdığını, qısa müddət ərzində faktiki fəaliyyətdə olan 52 partiyadan 51-i ilə görüş keçirildiyini, 2011-ci ildən sonra ilk dəfə 6 siyasi partiyanın dövlət qeydiyyatına alındığını, 11 siyasi partiyanın qurultaylarının keçirildiyini və nəticələrinin dövlət qeydiyyatına alınmaqla fəaliyyətlərinə legitimlik gətirildiyini bildirib. O, dövlətçiliyin təməl prinsipləri ətrafında milli vəhdətin dərinləşməsi kimi məsələlərə toxunaraq, siyasi partiyaların ərazi bütövlüyümüzün bərpası üçün mübarizədə həmrəylik nümayiş etdirməsini və 32 illik fəaliyyət tarixində ilk dəfə olaraq 51 partiyanın vahid mövqe ilə Ali Baş Komandanı birmənalı dəstəkləmələrini və onun atdığı addımları müdafiə etmələrini, habelə bu partiyalar tərəfindən beynəlxalq təşkilatlara ünvanlanmış Azərbaycanın haqq səsini əks etdirən birgə müraciətləri xüsusi vurğulayıb.
Ə.Vəliyev VI çağırış Milli Məclisin formalaşmasında və ötən müddət ərzində həyata keçirdiyi fəaliyyətdə nəzərəçarpan mütərəqqi yenilikləri qeyd edərək, qanunverici orqanda sağlam, demokratik mühit yarandığını, dövlət əhəmiyyətli məsələlərə vaxtında reaksiya verildiyini, parlamentin nüfuzunun həm ölkədə, həm də xaricdə yüksəldiyini bildirib.
Şöbə müdiri, həmçinin qanunverici orqanın fəaliyyətinin icra hakimiyyəti ilə qarşılıqlı əlaqələndirilməsinin daha da təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə danışaraq, indiyədək Milli Məclisin rəhbərliyi və deputatları ilə, o cümlədən parlamentdə təmsil olunan siyasi partiya nümayəndələri ilə müxtəlif formatlarda həm qrup, həm də fərdi görüşlər keçirildiyini, əməkdaşlıq perspektivlərinin müzakirə olunduğunu qeyd edib. Ə.Vəliyev deputatları seçiciləri ilə işin yüksək səviyyədə təşkili üçün icra hakimiyyəti orqanlarına verilmiş aidiyyəti tapşırıqlar barədə məlumatlandıraraq, dövlətimizin başçısının göstərişinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri keçirilən görüşlərdə, habelə yerli icra hakimiyyəti başçılarını qəbul edərkən bu məsələləri xüsusi diqqətə çatdırdığını, deputat müraciətlərinin vaxtında və hərtərəfli cavablandırılmasının təmin edilməsi məqsədilə 154 dövlət orqanında (qurumunda) rəhbər müavini səviyyəsində əlaqələndirici şəxslərin müəyyən edildiyini bildirib. Eyni zamanda, vətəndaş məmnunluğunun daha da yüksəldilməsi üçün deputatlara dair mövcud gözləntilər diqqətə çatdırılıb.
Prezident İlham Əliyevin Azərbaycan xalqına 4 oktyabr və 9 oktyabr tarixlərində etdiyi müraciətlərin ölkənin müqəddəratının inamlı əllərdə olduğunu bir daha sübut etdiyini, Vətənini sevən hər bir azərbaycanlıya qürur və iftixar hissi yaşatdığını qeyd edən Ə.Vəliyev Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qətiyyətli döyüşlər apardığı bu günlərdə hər kəsin yüksək ruh yüksəkliyi və vətənpərvərlik nümayiş etdirərək Ordumuza, Ali Baş Komandana dəstək vermək niyyətində olduğunu deyib. O həmçinin Birinci vitse-prezident xanım Mehriban Əliyevanın istər pandemiya ilə mübarizə, istərsə də Ordumuza dəstək, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin, çağırışlarının və bəyanatlarının milli həmrəyliyimizin daha da möhkəmlənməsi üçün əvəzsiz töhfə verdiyini bildirib.
Daha sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı, İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Məmmədov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli, Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı, Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov, Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, Milli Məclisin deputatları - Vahid Əhmədov, Azay Quliyev, Rüfət Quliyev, Aqiyə Naxçıvanlı, Elman Nəsirov, Aqil Abbas, Azər Badamov və Nəsib Məhəməliyev çıxış ediblər. Çıxışlarda ölkə Prezidenti tərəfindən aparılan çoxşaxəli islahatların gətirdiyi müsbət nəticələr, Milli Məclisin bu islahatlar prosesində iştirakı və verə biləcəyi töhfələr, eləcə də parlamentin icra hakimiyyəti orqanları ilə daha sıx əməkdaşlıq qurması perspektivləri müzakirə edilib, aidiyyəti təkliflər səsləndirilib. Deputatlar, həmçinin ölkə başçısının atdığı hər bir addımı müdafiə etdiklərini, Ali Baş Komandanın rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpa edildiyi bu şərəfli günlərdə bütün səylərini onun dəstəklənməsinə yönəltdiklərini, bu işi inamla davam etdirəcəklərini diqqətə çatdırıblar.
Tədbirin sonunda Ə.Vəliyev çıxışlar zamanı səsləndirilən bütün təkliflərin diqqətlə öyrəniləcəyini və Milli Məclis rəhbərliyi ilə ətraflı müzakirə ediləcəyini bildirib. O həmçinin bütün cəmiyyətimizdə olduğu kimi, Milli Məclisdə də hökm sürən yüksək ruh yüksəkliyinin, Ali Baş Komandana olan sonsuz etimadın və həmrəyliyin Böyük Qələbəyə nail olmağımız yolunda əhəmiyyətini vurğulayaraq, işğal olunmuş bütün torpaqlarımızın Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad olunacağına, həmin ərazilərdə bütün mədəni-mənəvi sərvətlərimizin bərpa ediləcəyinə, yeni həyat qurulacağına əminliyini ifadə edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi