"Paşinyan orduya və səhra komandirlərinə nəzarəti itirib" - "Bu atəşkəsin özü Azərbaycan üçün incə tələ idi və..."
14-10-2020 [10:45]
Sentyabrın 27-də Dağlıq Qarabağ və ətraf ərazilərdə başlanan savaşın rəsmi Kremlin vasitəçiliyi ilə yenidən əldə edilən atəşkəslə durdurulacağı açıqlandı.
Beləliklə, oktyabrın 10-da Moskvada Azərbaycan və Ermənistan Xarici Işlər nazirləri arasında humanitar atəşkəs bəyanatı imzalandı. Hərçənd, həmin tarixdən sonra da cəbhədə bir çox istiqamətlərdə döyüşlərin davam etdiyi açıqlanıb. Hətta Azərbaycanın ikinci böyük şəhəri, cəbhə xəttindən uzaqdakı Gəncə şəhəri də raket zərbələrinə tutulub. Nəticədə, 10 nəfər dinc sakin həlak olub, 30-dan çox sakin yaralanıb.
Bütün bunlarla belə, hazırda cəbhədə ağır döyüşlərə müəyyən qədər ara verildiyi bildirilir. Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı da oktyabrın 13-də deyib ki, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə əməl edir.
Bu ara istər sosial şəbəkələrdə, istərsə də bəzi yerli mətbu orqanlarda yenidən Rusiyanın bu münaqişədə maraqları ilə bağlı müxtəlif fikir və mülahizələr özünü göstərməyə başlayıb.
Bəzi müşahidəçilər bir daha vurğulayıblar ki, Rusiyanın bu məsələdə əsas məqsədi öz qoşunlarını sülhməramlı qüvvə adı altında Dağlıq Qarabağa yerləşdirməkdir.

Milli Məclisin sədr müavini, deputat Fəzail İbrahimli "Turan" agentliyinə bildirib ki, bu atəşkəs özü Azərbaycan üçün incə tələ idi və uzağa gedən məqsədlər güdürdü.
Onun fikrincə, atəşkəsə əməl edilməsi Ermənistanın baş naziri Nikol Paşinyanın marağında deyil: "Səbəb budur ki, atəşkəsə əməl edildiyi, danışıqlar masası arxasında oturduğu halda Paşinyan işğal edilmiş Azərbaycan ərazilərindən çıxmaq barədə qrafik təqdim etməlidir. Bu isə onun üçün rüsvayçılıq və hakimiyyəti itirmək deməkdir. Atəşkəs dayanmadığı halda yenə də Paşinyanın sonu deməkdir...".
F.İbrahimli deyib ki, Azərbaycan atəşkəsə ona görə razılaşıb ki, burada incə diplomatik tələ var idi və Azərbaycan-Rusiya əlaqələrinin pozulmasına hesablanmışdı. Sədr müavini qeyd edib ki, Rusiyaya "yox" demək Kremlin onların mövqeyinə keçməsinə səbəb ola bilərdi və buna yol vermək olmazdı.
Onun vurğulamasına görə, elə bütün maraqlı tərəflər gözləyirmiş ki, Azərbaycan Moskvaya "yox" desin və münasibətlər korlansın: "Azərbaycan aqressiv ölkə kimi təqdim edilsin. Amma Azərbaycan tərəf incə gedişlə bu gözləntiləri sıradan çıxardı".
Sədr müavini hesab edir ki, hələlik, Kremlin bölgəyə sülhməramlılar yeritmək niyyəti hiss edilmir.
"Amma atəşkəs olsa da, olmasa da, Azərbaycan işğal edilmiş ərazilərindən işğalçı silahlı birlikləri qovub çıxaracaq", - F.İbrahimli vurğulayıb.

"Atəşkəs razılaşmasından sonra Ermənistan tərəfinin Gəncəni bombalaması məndə bunun arxasında Rusiyanın dayana bilməsi kimi düşüncə yaradıb".
Bunu isə politoloq Şahin Cəfərli “Azadlıq” radiosuna deyib.
"Səbəbi də bu ola bilər ki, Rusiya tərəflərə "atəşkəs elan etdik, siz də ona əməl etmədiniz. Hər iki tərəfdən atəşkəs pozulur. Buna üçüncü tərəf də maraqlı ola bilər. Gəlin oturaq, danışaq, bu məsələni bir daha müzakirə edək. Atəşin möhkəmləndirilməsi mexanizmi barədə razılığa gələk" deyə bilsin".
Ş.Cəfərli qeyd edib ki, oxşar təkliflə 2016-cı ilin aprel döyüşlərindən sonra ATƏT-in Minsk Qrupu ölkələri də çıxış ediblər. Politoloqun sözlərinə görə, onda bu, müşahidə missiyası şəklində ifadə edilib.
Ş.Cəfərli deyib ki, maraqlarına zidd olduğu üçün Azərbaycan onu qəbul etməyib: "İndi buna bənzər bir təklif yenə ortaya gələ bilər. Ya da əraziyə sülhməramlı qüvvələr yeridilə bilər. Bunu istisna etmirəm. Bu baxımdan düşünürəm ki, Rusiyadakı bəzi dairələrin məsləhəti ilə qarşı tərəf məhz bu məqsədlə atəşkəsi pozur. Amma bölgəyə sülhməramlı qüvvələr yeridilməsi Azərbaycanın maraqlarına ziddir".

Politoloq Hikmət Hacızadə isə düşünür ki, atəşkəsin pozulması Ermənistan hakimiyyəti daxilindəki hərc-mərclikdən irəli gəlir: "Konkret olaraq bununla bağlı Moskvadan əmr verilməyib".
H.Hacızadəyə görə, Qarabağda səhra komandirləri itaətdən çıxıblar, Ermənistan hakimiyyətinə tabe olmurlar.
"Görünür, Paşinyan orduya və səhra komandirlərinə nəzarətini itirib. Bu, Ermənistan daxilində hərc-mərcliyin nəticəsidir. Bölgəyə sülhməramlılar gətirmək kimi düşüncələr var, amma o sonrakı mərhələnin məsələsidir", - politoloq bildirir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi