AMEA Hüquq və İnsan Haqları İnstitutu dünya birliyinə 3 dildə müraciət etdi - Erməni terroru ilə bağlı
13-10-2020 [16:36]
AMEA Hüquq və İnsan Haqları İnstitutu Azərbaycan Respublikasının xarici ölkələrdə yerləşən səfirliklərinə, dünya dövlətlərinin ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinə, eyni zamanda dünya ölkələrində İnstitutun tərəfdaşı olan elmi və pedoqoj müəssisə və təşkilatlara Gəncə terroru ilə bağlı 3 dildə (azərbaycan, rus, ingilis) beynəlxalq hüquq norma və prinsiplərinin pozulması ilə bağlı müraciət ünvanlayıb.
Mia.az-a daxil olan müraciətin surətində deyilir:
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarının videoformat şəklində aparılan iclasında çıxış edərək Ermənistan tərəinin Ermənistan-Azərbaycan sərhədi boyu mülki vətəndaşları məqsədyönlü şəkildə hədəfə aldığını, təxribatlar törətdiyini və Ermənistan rəhbərliyinin düşməncəsinə verilən Azərbaycanofob bəyanatları və edilən təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığının nümayiş etdirdiyini BMT-nin sessiyasında təşkilatın baş katibi Antoniu Quttereşə və bütün üzv dövlətlərin dövlət başçılarına çatdırmışdır.
Lakin Ermənistan Azərbaycan Respublikasına növbəti təxribat törətmək və ərazilərimizi yenidən işğala məruz qoymaq məqsədilə bütün hərbi imkanlardan istifadə edərək hücuma keçmişdir. Bunun nəticəsi olaraq Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndləri 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmuş və Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar olmuşdur. Eyni zamanda mülki infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir.
Buna cavab olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dinc əhalinin təhlükəsizliyini qorumaq və qoşunların təmas xəttinin yaşayış məntəqələrindən uzaqlaşdırılması məqsədilə ordumuza əks hücum əmri vermişdir. Ölkə başçısı bütün çıxışlarında BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 3, 5, 12 və 28-ci maddələrini rəhbər tutaraq Azərbaycan ordusunun məqsədi hərbi obyektləri və hərbi texnikanın zərərləşdirilməsi məqsədi ilə zərbələr endirilməsini və işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda yaşayan dinc əhaliyə yönəlmədiyini dəfələrlə səsləndirmişdir. Bunun nəticəsi olaraq silahlı qüvvələrimiz yalnız hərbi obyektləri və texnikanı hədəf almışdır. Bunlara baxmayaraq Ermənistan tərəfi məqsədyönlü olaraq əhali arasında panika yaratmaq məqsədilə və bütün beynəlxalq konvensiyalara, xüsusən Cenevrə Konvensiyasına zidd olaraq Azərbaycan Respublikasının bütün təmas boyunca yerləşən yaşayış məntəqələrini hədəf almışdır.
10 oktyabr tarixində Moskva şəhərində Rusiya Federasiya, Azərbaycan Respublikası və Ermənistanın xarici işlər nazirlərinin görüşü baş tutmuş və görüşün nəticəsi olaraq humanitar məqsədlərlə atəşkəsin tətbiq olunması qərara alınmışdır. Lakin buna baxmayaraq, Ermənistanın silahlı qüvvələri Azərbaycan-Ermənistan sərhəddindən xeyli uzaqda yerləşən bir neçə sərhəddən kənar şəhərimizi uzaqmənzilli raket atəşinə tutmuşdur. Ən ağır zərbə 11 oktyabr gecə saat 02:00-da əhali sayına görə ölkəmizin ikinci ən böyük şəhəri olan və döyüş zonasından xeyli aralıda yerləşən Gəncə şəhərinə vurulmuşdur. Bu Ermənistan silahlı güvvələrinin Gəncəyə növbəti raket atəşi daha iri çaplı raketdəndən atılaraq sıx və çox sayda yaşayan dinc əhalinin yerləşdiyi binaya yönəlmişdir. Raket zərbəsi nəticəsində 35 nəfər xəsarət almış və 9 nəfər həlak olmuşdur. Bu da onu bir daha sübut edir ki, Gəncə şəhərinə atılan raket zərbəsi terror aktıdır və dinc əhalinin məhv olunmasına, eyni zamanda Azərbaycanlılara qarşı soyqırım aktı törədilməsinə yönəlmişdir.
Ermənistanın bu addımının müharibə cinayəti olduğunu və Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması kimi qiymətləndiririk.
Beləliklə;
1. 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları və onlara 1977 və 2005-ci illərdə əlavə edilmiş üç protokol Beynəlxalq Humanitar Hüququn (BHH) əsas sənədləridir və Ermənistan Azərbaycanın dinc əhalisinə terror aktı həyata keçirərək qeyd olunan sənədlərin müddəalarını kobud şəkildə pozmuşdur.
2. BMT-nin Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli Qətnaməsi ilə qəbul edilmiş "Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında bəyannamə"də deyilir ki, “Mülki əhaliyə, xüsusilə, onun ən müdafiəsiz hissəsi olan qadınlara və uşaqlara, saysız-hesabsız əzab-əziyyət gətirən hücum edilməsi və onun bombardman olunması qadağandır və belə hərəkətlər pislənməlidir”.
3. Ermənistan insanlıq əleyhinə hərbi cinayətlərə yol verib. Belə cinayətlərin araşdırılaraq hüquqi qiymət verilməsi üçün Beynəlxalq Cinayət Məhkəməsi Haaqa Məhkəməsi mövcuddur. Bu məhkəmə işğal, insanlıq əleyhinə hərbi cinayətlər, soyqırımı kimi cinayətlərə baxır. Unutmaq lazım deyil ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun 13-cü maddəsi mövcuddur. Bir və bir neçə belə cinayət törədildikdə, BMT Təhlükəsizlik Şurası Beynəlxalq Cinayət Məhkəməsinə istintaqın başlaması üçün müraciət edə bilər.
Nürnberq, Ruanda, keçmiş Yuqoslaviya məhkəmələrinin nizamnamələrinə uyğun olaraq, Ermənistan dövləti tərəfindən törədilmiş terror aktı da hərbi cinayət hesab olunmalı, beynəlxalq ədalət məhkəməsi tərəfindən öz hüquqi qiymətini almalıdır.
Yekunda qeyd olunmalıdır ki, Ermənistanın beynəlxalq humanitar hüquq normalarına və ümumiyyətlə insanlığa zidd olan bu hərəkətlərini AMEA Hüquq və İnsan Haqları İnstitutu olaraq pisləyir, dünyadakı tərəfdaşlarımıza bizə dəstək göstərməsi üçün müraciət edirik".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi