İmişlidə şok hadisə, evdən qaçan qadınla bağlı təzadlı xəbərlər yayılır

img

13-11-2013 [18:22]



Azərbaycanda misli görünməmiş ana faciəsi yaşanır. İmişli rayonunun Otuzikilər kəndində övladları əlindən alınan gənc ana atası və qardaşı tərəfindən tövlədə saxlanılır. 

İki ildir tövləyə salınan 30 yaşlı Gülnar Əliyeva (ad və soyad şərtidir) işıq üzünə həsrətdir, yemək və su ona sinidə aparılır. Kənd sakinlərinin verdikləri məlumata görə, qapının altından sinidə yeməyi götürən zavallıı qadın iki ildir yeməyi o formada qəbul edir. Qadının faciəsi bir müddət əvvəl başlayıb. 

İki övladı olan ana ərini və uşaqlarını ataraq sevdiyi oğlana qoşularaq qaçıb. Həyat yoldaşı onu taparaq yenidən evinə, uşaqlarının yanına gətirib. Lakin bir müddət sonra həmin qadın başqa birinə qoşularaq evdən gedib. Bundan sonra onun həyat yoldaşı boşanaraq uşaqları da özü ilə Rusiyaya aparıb. Qadını isə atası Zakir və qardaşı sevgilisindən alaraq evə gətirib tövləyə salıblar. Qadın əzizlərindən bağışlanmasını yalvarsa da, atası onun yaşamaq haqqı olmadığını deyir.(milli.az)

***

İmişli Rayon Polis Şöbəsi isə xəbəri təkzib edib. Bildirilib ki, bu xəbər mətbuatda yayıldıqdan dərhal sonra əməliyyat qrupu yaradılıb və qeyd olunan kənddə araşdırma aparılıb: "Yazıda şərti adı açıqlanan qadının evi müəyyənləşib. Həmin evə baxış keçirilib və xəbərdə yer alan cinayət halına rast gəlinməyib". 

Polisdən o da qeyd olunub ki, əməliyyatçılar kənd əhalisi ilə söhbət aparılıb, qonşularla fərdi danışıqlar həyata keçirilib.

Araşdırma zamanı ehtimal olunub ki, bu tip informasiyalar qadının əvvəl həyat yoldaşı olmuş Balakən rayon sakini tərəfindən yayılır.

Əlavə məlumat veriləcək.

aznews.az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA